Rusiya sülhməramlı kontingentinə yeni rəhbər gətirir?
Bölmə: Siyasət › ,Tarix: 18:35 28.08.2023
Qarabağda yerləşən Rusiya sülhməramlı kontingentinə rəhbər təyinatından cəmi bir neçə ay keçib. Lakin buna baxmayaraq postda yenidən dəyişiklik ediləcəyi xəbərləri dolaşır. İddialara görə, hətta hazırda vəzifəni icra edən general-polkovnik Aleksandr Lentsov Qarabğı tərk edib. Məsələ ilə bağlı Rusiya MN-dən rəsmi açıqlama olmasa da, Lentsovu bu posQarabağda yerləşən Rusiya sülhməramlı kontingentinə rəhbər təyinatından cəmi bir neçə ay keçib. Lakin buna baxmayaraq postda yenidən dəyişiklik ediləcəyi xəbərləri dolaşır. İddialara görə, hətta hazırda vəzifəni icra edən general-polkovnik Aleksandr Lentsov Qarabtda əvəz edəcək şəxs belə məlumdur. Separatçılara bağlı media orqanları Rusiya sülhməramlı kontingentinə yeni komandan olaraq general-mayor Kirill Denisoviç Kulakovun təyin ediləcəyini tirajlayır. Kulakovla bağlı ətraflı məlumat olmasa da, bir sıra KİV onun adının Ukrayna müharibəsinə görə sanksiyalar siyahısında olduğunu yazır.
Hərbi ekspert Elxan Şıxəliyev deyir ki, kadr dəyişikliyi olarsa, RSK-nın fəaliyyəti də ciddi şəkildə yenidən nəzərdən keçirilə bilər. Xüsusən də sülhməramlıların son dövrlər ermənilərin bölgədəki fəaliyyətində iştirak səviyyəsini,eyni zamanda bəzi proseslərdə də etinzasızlığını nəzərə alsaq, Kulakovu qarşıda ağır işlər gözləyir. “Xəbərlər var ki, Lentsov gedir və onu Kulakov əvəzləyəcək. Biz bu dəyişən komandanlar üzərindən müzakirə aparanda düşünürük ki, sanki bu bölgədə bütün məsələləri həll edə biləcək şəxslərdilər. Amma bu, belə deyil. Onlar burdakı vəziyyəti normallaşdıra bilmirlər. Elə Lentsovun özünün də ora təyin olunması anormal yanaşma idi”.
Çıxan xəbərlər fonunda əsas diqqət çəkən məqam isə Rusiya sülhməramlı kontingetinin rəhbərliyində dəyişikliyin intensivliyidir. Yeni təyinat almış hərbçilər yalnız bir neçə ay, hətta bir neçə gün fəaliyyət göstərirlər. Belə ki,ilk komandan general-leytnant Rüstəm Muradov cəmi 10 ay postunda qaldı. Daha sonra onu bu vəzifədə general-mayor Mixail Kosobokov əvəz etdi. Lakin Mixail Kosobokov da uzun müddət komandanlıq edə bilmədi. Vəzifəsini yalnız bir neçə gün yerinə yetirən Kosobokovu Rusiya rəhbərliyi general-mayor Andrey Volkov ilə əvəzlədi.Bu ilin aprelində Rusiya müdafiə naziri Sergey Şoyqunun müşaviri olmuş general-polkovnik Aleksandr Lentsov sülhməramlıların komandanı təyin olundu. Təyinatın ilk günlərində Ukrayna cəbhəsində gedən döyüşlərdə önəmli şəxslərdən hesab olunan Aleksandr Lentsova dair ümidlər isə olduqca yüksək idi. Buna baxmayaraq Lentsov da həmkarları ilə eyni talehi yaşayır. Mövcud vəziyyəti şərh edən ekspertlər rəhbər dəyişikliyini adı çəkilən şəxslərin bölgədə uğursuz fəaliyyəti ilə əlaqələndirilər. Lakin bunun tam əksini düşünənlər də var. Bir sıra mütəxəssilər Lentsovun geri çağırılmasının əsas səbəbinin RSK-nın fəaliyyəti və ya rusiyalı sülhməramlıların işlərindəki nöqsanlardan qaynaqlanmadığını düşünürlər. Əksinə Aleksandr Lentsovun yenidən Ukrayna cəbhəsinə təyinat aldığı irəli sürülür. Müharibədəki mövcud vəziyyət, Rusiya qoşunlarının komandanlığından 16 generalın kənarlaşdırılması ilə yaranan ciddi kadr problemləri bu ehtimallara az da olsa haqlılıq payı verir.
Rusiya sülhməramlılarına bundan sonra kimin komandanlıq edəcəyinin rəsmi Bakı üçün isə önəmi yoxdur. Azərbaycan tərəfinin əsas prioriteti üçtərəfli bəyanatın şərtlərinə əməl olunması və ermənilərin aqressiv şovinizmində onlara dəstək verilməməsidir. Analitiklərin fikrincə, Rusiya hərbi establişmenti yeni gələn rəhbərə Azərbaycanla münasibətləri qaydaya salınmasını tapşıracaq.
İSMAYIL