Azərbaycan daxili məsələləri ilə bağlı qərarları yalnız özü verə bilər

Bölmə: Siyasət › ,
Tarix: 18:42 28.08.2023

  Bir sıra erməni nəşrləri separatçıların Qarabağ ətrafındakı vəziyyəti müzakirə etmək üçün Bakı ilə görüş təşkil etmək xahişi ilə Rusiyaya müraciət etdiyini bildirdi. Lakin müraciət cavabsız qaldı və nəticə vermədi. Siyasi şərhçilərin fikrincə, separatçıların Laçın dəhlizindəki nəfəsliyi bağlandıqca, üzlərini Azərbaycana tuturlar. Lakin onların bu addımları səmimi hesab edilmir. Çünki seperatçıların əsl istəyi hansısa məsələnin həlli olsaydı onlar yer davası edərək neytral ərazi tələbini irəli sürməzdilər. Əgər onların qorxduqları təhlükəsizlikdirsə Azərbaycanın bunu təmin etmək üçün kifayyət qədər imkanları var. Politoloq Turab Rzayevin fikrincə, bu istəklərin arxasında həm də seperatçıların özlərinə dayaq axtarma istəyi var. “Azərbaycan rəsmiləri ilə keçirilməsi gözlənilən Yevlax və Bərdə görüşünün baş tutmaması da elə rus sülhməramlılarının iştirak edə bilməməsilə bağlı oldu. Görüş təkbətək olacaq idi- Azərbaycanın nümayəndə heyəti ilə erməni icmasının üzvləri. Onlar isə rusları yanların da görmək istəyirdilər”.

  Politoloq deyir ki, seperatçılar anlamalıdırlar ki, Azərbaycan daxili məsələləri ilə bağlı qərarları yalnız özü verə bilər. Onların 3-cü tərəfdən kömək cəhdləri isə Moskvaya görüş üçün müraciətləri kimi nəticə verməyəcək. Tələblər Azərbaycanın maraqlarına xidmət etmirsə, bu görüşün baş tutması mümkün olmayacaq.

AYNURƏ