XİN MAKRONA XƏBƏRDARLIQ ETDİ

Bölmə: Siyasət › ,
Tarix: 22:07 28.08.2023

   Laçın yolundan və sərhəd buraxılış məntəqəsindən gün ərzində onlarla erməni sakinin keçdiyi, Azərbaycan tərəfindən erməni sakinlərə yüklərin daşınması üçün “Ağdam-Xankəndi” və digər alternativ yolların ayrıldığı, bu yollardan istifadənin Ermənistan və özlərini erməni sakinlərin nümayəndələri kimi təqdim edən şəxslərin siyasiləşdirməsi Fransa tərəfinə yaxşı məlumdur. Bu, Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Ayxan Hacızadənin Fransa Prezidenti Emmanuel Makronun səfirlər konfransında səsləndirdiyi fikirlərinə dair şərhində öz əksini tapıb. “Bu istiqamətdə avqustun əvvəlində əldə olunmuş razılıqların icrasını təşviq etmək əvəzinə erməni tərəfinin təhrikçi addımlarına dəstək verən fikirlərə çıxış zamanı yer verilməsi prosesə birbaşa maneçilik törədən amillərdəndir” - deyə nazirlik rəsmisi vurğulayıb.