Ac olsalar, humanitar yardımı qəbul edəcəklər- Əks təqdirdə siyasi manipulyasiya olduğunu sübut edəcəklər

Bölmə: Siyasət › ,
Tarix: 20:21 29.08.2023

   "Xankəndidə yaşayan ermənilər yardımın əleyhinə deyil, bu gün Azərbaycan vətəndaşı olmaq istəyən ermənilərin sayı az deyil. Bu addım Qarabağda yaşayanların sayını artıra bilər, ona görə də düşünürəm ki, bu siyasi, hərbi baxımdan əhəmiyyətli bir addımdır".

   Politoloq Natiq Miri Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Qarabağda yaşayan erməniəsilli şəxslər üçün humanitar yardım göndərməsinə münasibət bildirərkən belə deyyib. "Xankəndi ermənilərinə göndərilən un insani baxımdan Azərbaycana yaraşan addımdır. Düşmən olmağına baxmayaraq, Azərbaycan hər zaman çörəyini qonşuları ilə bölüşüb, xüsusilə də ermənilər nə qədər düşmən olsalar da, gələcəkdə Qarabağda yaşayacaq Azərbaycan dövlətinin təbəəsidir. Buna görə də Azərbaycan bu cür humanitar addımı atdı". Politoloq məsələnin siyasi tərəflərinə də toxunur. “Bu addım Fransanın başlatdığı anti-Azərbaycan prosesinə ən tutarlı cavab olacaq. Bununla da Qarabağda "aclıqdır", "qıtlıqdır" kimi arqumentlər dərhal zərərləşdirəcək. Ac olanlar Azərbaycanın göndərdiyi humanitar yardımı qəbul edər, ac deyillərsə, deməli burada əsas məqsəd siyasi manpulyasiyadır". Politoloq Natiq Mirinin sözlərinə görə, Azərbaycanın bu addımı Xankəndidə mövcud olan quldur-separat rejimi və oradakı maraqlı şəbəkələr arasında ciddi fikir ayrılığı ilə qarşıdurma yaradacaq.

   Qeyd edək ki, ilkin mərhələdə Xankəndiyə 40 ton un məmulatları göndərilib.

ÇİNARƏ MURADOVA