FÜZULİ İSTİQAMƏTİNDƏ YERLƏŞƏN MÖVQELƏR ATICI SİLAHLARDAN ATƏŞƏ TUTULDU

Bölmə: Siyasət › ,
Tarix: 20:41 29.08.2023

Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri ötən gün Azərbaycan Ordusunun Füzuli rayonu istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub. Müdafiə Nazirliyindən bildirilib ki, Ordumuzun bölmələri qeyd olunan istiqamətdə cavab tədbirləri görüb.