“ACLIQ ŞOUSU”NUN DİGƏR ÜZÜ

Bölmə: Siyasət › ,
Tarix: 13:30 30.08.2023

   Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Qarabağda yaşayan ermənilər üçün göndərdiyi 40 ton yükün Xankəndinə çatdırılması üçün Rusiya sülhməramlılarına müraciət edilib. Aclıqdan dünyaya açılan ermənilər, çörəkdən niyə imtina edirlər? Əgər həqiqətən də humanitar böhran varsa, yardım niyə qəbul edilmir?

   Politoloq İlqar Vəlizadə deyir ki, heç bir humanitar böhran yoxdur. "Orada doğrudan, humanitar böhran olsaydı, insanlar ac qalsaydılar, məcburən yardımları qəbul edərdilər. Bu, sadəcə siyasi şoudur. "Burada məqsəd Azərbaycana təzyiq göstərməkdir, bu təzyiqlər Laçın yolunun açılması ilə bağlıdır. Separatçılar Ermənistanla rabitənin bərpası üçün aclıq şousu yaradırlar".

   Onu da qeyd edək ki, separatçı David Babayan bu yardımla ələ salındıqlarını iddia edir. Sübut kimi yardım göndərilən avtomobilin seriyasının "44" olması göstərilir.

 

ÇİNARƏ MURADOVA