"Humanitar böhran" oyunu puça çevrilir

Bölmə: Siyasət › ,
Tarix: 13:53 30.08.2023

   Azərbaycan Qızıl Aypara Cəmiyyəti vasitəsilə Bakıdan Xankəndiyə çatdırılmaq üçün məhz 40 ton un və un məmulatının aparılması təsadüfi deyil. Bu, ilk növbədə Xankəndi və ətrafında yaşayan erməni sakinlərin guya çörəyə ehtiyacının olması barədə yaydıqları informasiyaya cavabdır.

   Siyasi şərhçi Cavid Abdullazadə belə deyir. Əlavə edir ki, Azərbaycan bu addımı ilə birincisi onu göstərdi ki, burası hələ də mənim ölkəmin bir parçasıdır. “İkincisi, əgər burdaki erməni etnik qrubu həqiqətən də acdırsa, humanitar yardımı qəbul etməlidir. Qəbul etmirsə, deməli, problem humanitar məsələ deyil”.

  Politoloq Tural Əliyev isə deyir ki Xankəndi və ətrafında yetərincə ərzaq var ki, separatçılar bu yardımdan imtina edir. Belə olan halda  beton plitələr düzülən səddin önündə tırların uzun müddət qalma ehtimalı var. Məhz buna görə də Xankədiyə xarab olmayan məhsul göndərilib. “Azərbaycan Laçın sərhəd-buraxlış məntəqəsindəki "humanitar böhran" oyununu puça çevirir. Bununla da dünyaya göstərir ki, öz ərazisində baş verən bütün humanitar problemləri həll etməyə qadirdir”.

SONA