Hindistandan İrana silah satışının yaradacağı təhlükə- "Israel Defense" həyəcan təbili çalır

Bölmə: Siyasət › ,
Tarix: 14:27 30.08.2023

 

  Ermənistan-İran birgə hərbi təlimləri regionun təhlükəsizliyini təhdid edir. Bu barədə İsrailin "Israel Defense" informasiya portalında dərc olunan materialda deyilir. Məqalədə Hindistandan İrana silah satışı bunun yaradacağı təhlükə barədə də qeyd edilib.

   "İki ölkə arasında hərbi əməkdaşlıq haqqında saziş imzalanıb, birgə hərbi manevrlər həyata keçirilir. O cümlədən, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianın "Ermənistanın təhlükəsizliyi həm də İranın təhlükəsizliyidir" açıqlaması narahatlıq doğurur", - İsrailin "Israel Defense" informasiya portalında dərc olunan məqalədə belə deyilir. Bundan başqa, müəlliflər İrandan Rusiyaya məhz Ermənistan vasitəsilə raket tədarükü hallarını da qeyd edirlər. Politoloq İlyas Hüseynov deyir ki, Hindistandan birbaşa İrəvana silah tədarükü də növbədi təhlükələr üçün zəmin yaradır. “Hindistan Ermənistana silah satır və İsraildə bu silahın iranlıların əlinə keçməsi, oradan isə ola bilsin ki, Suriyaya ötürülməsi ilə bağlı narahatlıq var”.

  Ekspertlər Azərbaycanla İsrail arasında müxtəlif sahələrdə regionun xeyrinə əməkdaşlığın davam etdiyi vurğulayırlar. “Məsələn, Azərbaycan İsrailə öz enerji resurslarını uğurla ixrac edir, ölkələr kibertəhlükəsizlik, biznes, ticarət, o cümlədən, mədəniyyət sahəsində əməkdaşlıq edir”.

AYNURƏ