“Humanitar böhran” təbliğatı ifşa olur

Bölmə: Siyasət › ,
Tarix: 15:50 31.08.2023

   Azərbaycan Qarabağda yaşayan erməniəsilli şəxslərin ehtiyaclarını qarşılamaq üçün humanitar yardım göndərməklə humanizm tərəfdarı olduğunu bir daha nümayiş etdirdi. Xankəndidə yaşayan ermənilərin və beynəlxalq ictimaiyyəin bu addımı müsbət qarşılayacağını düşündüyümüz bir vaxtda ermənilərin etiraz aksiyası təşkil etməsi cavabını tələb edəb suallar yaradır. Əgər ermənilər həqiqətən də “humanitar böhran”dadırlarsa, belə olan halda onlara uzanan əli niyə geri çevirir?

   Qarabağda yaşayan erməniəsilli şəxslərin ehtiyaclarını qarşılamaq üçün Bakıdan yola salınan humanitar yardım karvanı Ağdam-Xankəndi yolundadır. İçərisində 40 ton un məmulatı olan TIR-lar avqustun 29-dan Rusiya sülhməramlılarının postunun qarşısında gözləyir. Xankəndidə çörək olmadığını, “humanitar böhran” keçirdiklərini iddia edən ermənilər həmin yardımı qəbul etmək istəmirlər. Bu azmış kimi Laçınla sərhəddə, Gorusun Gorunzur kəndində çadırlar quraraq, humanist addıma revanşist yanaşmalarını sərgiləyirlər. Onlar bu minvalla etirazlarını ifadə etməyə çalışırlar. Əsgəranda məskunlaşan Hermine Xaçaturyanın timsalında separatizmə qurban gedən şəxslər isə “türkün çörəyini yeməkdənsə, ölməyi seçdiklərini” dilə gətirirlər. Siyasi şərhçi Oqtay Qasımov deyir ki, Xankəndidə çörək probleminin olduğunu deyən ermənilərin indi çörəyimizi yemək istəməməsi onların “humanitar böhran” yalanlarını bir daha ortaya çıxarır. “Rusiya sülhməramlıları da hələlik ermənilərlə bu məsələdə konkret mövqe sərgiləməsələr də onlara müəyyən vədlər veriblər. Bu o deməkdir ki, yüklərin Xankəndinə çatdırılması üçün hələlik əngəllər qalacaq bir müddət. Əgər doğrudan da orada real ehtiyaclar varsa, bu yüklər qəbul olunmalıdır. Yox, yüklər qəbul olunmazsa, Ermənistan və Fransanın uydurduğu “humanitar böhran” təbliğatı ifşa olacaq”.

   Azərbaycanın humanitar dəstəyini qəbul etməyən ermənilər digər tərəfdən Fransanın yardımını səbirsizliklə gözləyirlər. Parisin Qarabağdakı ermənilər üçün göndərdiyi 10 TIR “yardım” Azərbaycan-Ermənistan şərti sərhədindədir. Göndərilən maşınların üzərində “Fransadan “artsax” xalqına humanitar yardım” kimi təxribat xarakterli yazıların yer alması isə “humanitar böhran” oyununu kimin və kimlərin başlatdığını aydın göstərir.

ZEYNƏB