Ankara-İrəvan münasibətlərinin normallaşması Qarabağdan keçir
Bölmə: Siyasət › ,Tarix: 19:55 11.09.2023
Azərbaycanla Ermənistan münasibətlərinin normallaşdırılması illərdir beynəlxalq birliyin diqqət mərkəzindədir. Vasitəçi kimi çıxış edən Avropa İttifaqı və Rusiyanın təşəbbüsləri ilə tərəflər arasında reallaşan görüşlər olsa da, Ermənistanın qeyri-müəyyən mövqeyi sülhə maraqlı olmadığını göstərir.
Sonuncu addımı olan Xankəndidə qondarma dövlətin qanunsuz seçkiləri də bunu bir daha sübuta yetirir. Daim sülhün və təhlükəsizliyin tərəfdarı kimi çıxış edən Türkiyə qondarma seçkilərlə bağlı Ermənistana xəbərdarlıq edir. “Bölgəni sakitliyə dəvət etməkdən başqa çarəmiz yoxdur. Qarabağda atılan addımlar düzgün addım deyil, bunu qəbul etmək mümkün deyil, Avropa Birliyinə üzv dövlətlər də bunu qəbul etmir” deyən Rəcəb Tayyib Ərdoğanın Ermənistanın baş naziri Nikol Paşinyana xəbərdarlığı olub. Onun sözlərinə görə,Azərbaycan və Ermənistan münasibətlərinin normallaşdırılması illərdir beynəlxalq birliyin diqqət mərkəzindədir. Buna səbəb Enerji bazarlarındakı böhran, Avropanın Bakı qazı hesabına alternativlər axtarışı və Azərbaycanın Avropa İttifaqında tərəfdaşlarının olmasıdlr. Nəticədə ittifaqla rəsmi Bakı arasında qarşılıqlı maraqlar stimullaşdırır. birləşmiş ştatlar və rusiyadan fəqrli olaraq qurum Azərbaycanla münasibətlərin qurulmasında daha səmimidir.
Politoloq Oqtay Qasımov deyir ki, xəbərdarlıq iki məsələ bağlı ola bilər. Birincisi, İrəvanın Qarabağdakı separatizmi dəstəkləməkdən imtina etməsi, Laçın yolu ilə bağlı iddialardan əl çəkməsi və erməni hərbi birləşmələrinin Azərbaycan ərazisindən çıxarılmasi ilə bağlıdır. İkincisi Zəngəzur dəhlizinin açılması ilə Naxçıvana maneəsiz keçid verərək öhdəliyinin yerinə yetirilməsi mədsələsidir. Yeri gəlmişkən, bir müddət əvvəl Avropa Birliyi ilə Rusiyanın arasında qalan rəsmi İrəvan, nəqliyyat əlaqələrini açmağa hazıram desə də, Zəngəzur yolunun öz payına düşən 44 kilometrlik hissəsində heç bir iş görməyib. Bu da öz növbəsində ölkələrarası kommunikasiyaların açılması və Ermənistan-Azərbaycan sərhədlərinin delimitasiya və demarkasiyası prosesinin baş tutmasına əngəl yaradır. “Zəngəzur xətti vasitsəilə hər il Şərqi Asiyadan, Çindən və Avropaya istiqamətlənmiş yüklər daşınacaq. Bunların Zəngəzur dəhlizi açılandan sonra həcmi 6-8 milyon ton illik daşınma gücü ola bilər. Azərbaycanın marağı ondan ibarətdir ki, Zəngəzur dəhlizi açılsın bizim, ölkəmizin əsas hissəsi ilə Naxçıvanla əlaqələrimiz yaransın, gediş-gəliş rahatlaşsın. Digər tərəfdən, Türkiyə ilə bizim quru yolumuz yaranır. Eyni zamanda Türkiyənin Azərbaycan üzərindən Orta Asiyaya çıxışı təmin olunur. Kommunikasiya xəttindən Rusiya faydalana bilər. Belə ki, həm İran, həm Türkiyə və Türkiyə üzərindən Yaxın Orta Şərqlə yük daşımalarını və əlaqələrini həyata keçirə bilər”.
Qeyd edək ki, Ankara-İrəvan münasibətlərinin normallaşması Qarabağdan keçir. Odur ki, sərhədlərin açılması ilə bağlı şərtlərin arasında Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımalı olduğu müddəası da yer almaqdadır. Görünür, bu şərt Ermənistan üçün qəbuledilməz olduğu müddətdə iki ölkənin yaxınlaşma ehtimalı da sual altına qalmaqda olacaq.
AYSU