Ermənistan hərb və söz meydanında tək qaldığının fərqindədir
Bölmə: Siyasət › ,Tarix: 22:01 12.09.2023
Uzaqgörən siyasətin nəticəsi yavaş – yavaş üzə çıxır. Ermənistan artıq iddialarını heç kimin dəstəkləmədiyini, hərb və söz meydanında tək qaldığının fərqindədir. Görünən odur ki, Azərbaycanın haqlı tələbi ilə əks mövqe sərgiləyənlər belə razılaşıb.
"Ermənistan rəhbərliyi Azərbaycanın Qarabağ üzərində suverenliyini tanıyıb". Bu barədə Rusiya Prezidenti Vladimir Putin Vladivostokda keçirilən Şərq İqtisadiyyat Forumunun plenar iclasında deyib. Bildirib ki, artıq Ermənistan Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyıb: “Ermənistan rəhbərliyi bunu Praqa bəyanatında, kağız üzərində də qeyd edib. Biz bu barədə bilirik. İndi mənə Azərbaycan Prezidenti İlham Əliyev deyir ki, Ermənistan Qarabağın bizim olduğumuzu tanıyıb, Qarabağın statusu məsələsi daha gündəmdə deyil, o həll olunub. Ermənistan rəhbərliyi bu barədə publik bəyan edib. 1991-ci il Azərbaycan SSR-in sərhədləri daxilində bütün əraziləri və rəqəmi açıqlayıb. Bura Qarabağın ərazisi də daxildir. Bu baş verib və bu, bizim qərarımız deyil. Bu, bugünkü Ermənistan rəhbərliyinin qərarıdır. Əgər belədirsə, bizə deyirlər ki, əgər siz Qarabağla bağlı nə iləsə məşğul olmaq istəyirsinizsə, o zaman bizimlə ikitərəfli əsasda həll etməlisiniz. Onda biz nə deməliyik? Burada deməyə söz yoxdur”.
Beləliklə, Nikol Paşinyanın arxalanacağı, istəyinə uyğun reaksiya ala biləcəyi yer qalmayıb. Ermənistanın baş naziri gah İrana, gah da Qərbə müraciət etsə də, nəticə onun arzuladığı kimi deyil. Nə İran, nə də ki, Avropa İttifaqı Qarabağdakı qondarma seçkiləri tanmadı. Artıq Rusiya da İrəvanın gətirdiyi arqumentləri əsassız hesab edir. Siyasi şərhçilərin fikirincə, hazırki geosiyasi vəziyyət və qazanılan uğurlar rəsmi Bakının apardığı məqsədyönlü siyasətin nəticəsidir.
Politoloq İlyas Hüseynov hesab edir ki, Putin Praqa görüşündən sonra Ermənistanın 1991-ci il Almatı bəyənnaməsinə tərəfdar çıxması ilə müəyyən əndişə içindədir: “Və bu barədə Xarici işlər naziri də, Putinin sözcüsü də müəyyən fikirlər səsləşdirmişdilər. Sanki Ermənistan Rusiya ilə razılaşdırmadan Azərbaycan ərazi bötüvlüyünü və suverenliyini tanıyıb. Bu günkü proseslər məhz elə ərazi bötüvlüyünün tanınması müstəvisində cərəyan eliyir. Düşünürəm ki, Ermənistan öz xoşu ilə Azərbaycanın ərazi bötüvlüyünü tanımayıb. Buna gedən gərgin diplomatik savaşlar, yəni geosiyasi reallıqlar və Azərbaycanın prinsipial mövqeyi həlledici rol oynayıb”.
Ekspertlərin fikirincə, müharibədən sonrakı yeni reallıqlar formalaşdıqda sülhməramlılar bölgəyə yerləşəndən sonra Rusiya öz mövqelərini Cənubi Qafqazda möhkəmləndirmək niyyətindədir. İrəvanda müşahidə olunan anti-Rusiya meylləri təbii ki Kremli qıcıqlandırmaya bilməz.
Politoloq bildirir ki, Ermənistanın Rusiyadan uzaqlaşması fonunda Kremlin müəyyən mənada Ermənistanı öz yoluna qaytarma cəhdlərini də görürük: “Amma burada da önəmli faktor 102-ci hərbi bazanın mövcudluğu, 5 min rus hərbçisi kontingentinin hələ də Ermənistanda qalması, Türkiyə və iranla sərhədləri rusiya sərhədçilərinin qoruması, aeroportu üzərində nəzarət, eyni zamanda iqtisadi asılılıqdır. Yəni uzun illər Rusiyanın Ermənistana qoyduğu sərmayələr nəticəsində bir inhisar mövqeyə gəlib çıxıb. Bu asılılıqdan qurtulmaq da istəyirlər. Amma sözügedən siyasi asılılıqdan qurtulmaq özünü siyasi kaprizlər kimi büruzə verir.
Azərbaycan böyük cəhdlərlə böyük resurslar sərf edərək ərazi bütövlüyünün tanınmasına nail olub. Bu da müharibədən sonrakı dövrdə böyük bir diplomatik qələbə hesab olunur. Artıq diplomatların ortaq fikri kimi ifadə etsək, Qarabağ Azərbaycanın ayılmaz bir hissəsidir!
Sona