Putini Ermənistanın düşməni elan ediblər-Politoloq Anar Əliyev

Bölmə: Siyasət › ,
Tarix: 17:19 13.09.2023

Son günlər Ermənistan-Azərbaycan münasibətlərində, xüsusilə Laçın yolunda nəzarət buraxılış məntəqəsinin təmin olunması ilə Ermənistan və havadarlarının maraqlarına ciddi zərbələr vurulub. Qərb qüvvəllərinin, eləcə də İranın ciddi təhriki ilə Ermənistan təxribata təhrik edilirdi. Bu proseslərin yekunu olaraq, sentyabr ayının 9-da Ermənistan Azərbaycan sərhədindən ciddi toquşma baş verəcəyi haqqda geniş təbliğat maşını işə düşüb. Xüsusilə qərb mətbuatı bir müddətdir Azərbaycanın müharibəyə hazırlaşdığı və yaxın günlərdə Ermənistan ərazisinə hərbi hücum keçirəcəyi ilə bağlı informasiya terroru həyata keçirir.

 

Politoloq Anar Əliyev hesab edir ki, burada başlıca məqsəd Azərbaycanı təxribata çəkməklə emosional davranış nümayiş etdirməyə nail olmaq və bununla da Azərbaycana qarşı beynəlxalq təzyiq mexanizminin formalaşdırılmasına nail olmaq idi:

 

"Proseslər Ermənistan-Azərbaycan arasında münasibətlərin tənzimlənməsinə zərbə vurdu. Eyni zamanda bölgədə Qərb-Rusiya toqquşmasında Rusiya üzərində ciddi nəticələr əldə edilməsi olduğunu görən Rusiyanın obyektiv davranışları qərb tərəfindən, eləcə də Ermənistan ictimaiyyəti tərəfindən aqressiv qarşılandı. Biz xüsusilə Ermənistan parlamentinin sədri və Rusiya Xarici İşlər Nazirliyinin sözü arasındaki diplomatik etiket və etika qaydalarını kobud şəkildə ziddiyət təşkil edən söz duelini, iki gün öncə isə yekun olaraq Rusiya Prezidentinin Şərq İqdisadi Formu çərçivəsində mövzuya mövqeyini müşahidə etdik".

 

Politoloq deyir ki, hər dörd siyasi xadim, xüsusilə Rusiya prezdidenti açıq şəkildə Ermənistanı işğalçılıq siyasətində və Azərbaycanla sülh danışıqları prosesini pozmaqda iddiham etdi:

 

"Mövcud vəziyyətin formalaşmasında Rusiyanın iddiham olunmasını deyil, Ermənistan hakimiyyətinin günahkar olunduğunu bəyan elədi. Eyni zamanda Azərbaycanın lideri ilə dəfələrlə danışdığını, Azərbaycanın Ermənistan və havadarlarının bəyan etdiyi kimi, Qarabağda milli ayrıseçkilik və etnik təmizləmə istiqamətdə fəaliyyətdə maraqlı olmadığını bəyan elədi. Bununla da əslində Ermənistanda son dövrlər anti-rusiya təbliğatına, Rusiya əleyhinə həyata keçirilən proseslərə özünün qətiyyətli cavabını vermiş oldu. Hesab edirəm ki, Putin bununla obyektiv davranışdan daha çox bölgədə Rusiya maraqlarının təmin olunması istiqamətində özünü müdaifə davranışını nümayiş elətdirdi. Həm Ermənistan hakimiyyəti, həm də Ermənistan cəmiyyətində Qərb yönümlü təbəqənin qəzəbinə səbəb olub. Bu mənada Putin Rusiyası Ermənistanın dostu yox, düşmən olunması istiqamətində kompaniya həyata keçirilir".

 

Anar Əliyev bunların müvəqqəti davranışlar olduğunu bildirir: "Qısa müddət ərzində Rusiya ilə belə davranış-danışıqların cəzasının və nəticəsinin nə olduğunu Ermənistan cəmiyyəti aydın şəkildə görəcək. Bu prosesə qərb havadarlarının dəstək və yardım edə bilməyəcəyini Ermənistan cəmiyyəti də müşahidə edəcək. Ona görə hesab edirəm ki, Fransanın İranın əlində alət olmaq əvəzinə Ermənistan cəmiyyəti nəhayət ki, dövlət təfəkkürü ilə düşünməyi bacarmalı, öz dövlətinin gələcəyi ilə bağlı iradı ortaya qoymalıdır. Əks halda Ermənistan xalqının yaxın gələcəkdə varlığı sual altına düşəcək".

 

Samirə Kərimli