PAŞİNYANIN "ROMA STATUTU" HƏDƏSİ

Bölmə: Siyasət › ,
Tarix: 22:15 14.09.2023

   Ermənistanla Rusiya arasında münasibətlər gərgin olaraq qalır. Paşinyanın Roma statutunun parlametdə təsdiq olunacağı ilə bağlı açıqlamasından sonra  diqqətlər Kremldən gələcək cavaba yönəlib. Rusiyadan asılılığı “strateji səhv” adlandıran Paşinyanın ölkəsinin gələcəyini Qərbdə axtarmağa çalışması isə aydın sezilir.  

    Moskva ilə İrəvan arasında gərginlik hər ötən gün artır. Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdəki çıxışı zamanı müharibə cinayətlərinə, insanlığa qarşı olan Roma Statutunu təsdiq edəcəyini açıqlayıb. Ermənistanın 1999-cu il oktyabrın 1-də qoşulduğu  sənəd o vaxtdan bu yana parlamentdə təsdiq olunmayıb.  Sənəd təsdiqlənərsə, Vladimir Putinin Ermənistana səfər edəcəyi halda həbsini nəzərdə tutur. Siyasi elmlər doktoru Sabir Məmmədli deyir ki, İrəvanın, xüsusilə Paşinyan hökumətinin bu addımları  bölgədəki proseslərə təsirsiz ötüşməyəcək. "120-dən artıq ölkə bu sənədi təsdiq edibsə, demək Putin bu ölkələrə, bu ərazilərə daxil ola bilməyəcək. Avtomatik olaraq həbs ediləcək. Rusiyanın sərhədindən kənara çıxmaq artıq Rusiya üçün böyük problemdir". 

    Politolioqların fikirincə, Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyadan ölkəsinə xeyir gəlməyəcəyini anlayıb və alternativ güclü tərəfdaş axtarışındadır. Daha dəqiqi hökumət başçısı ölkəsinin gələcəyini Qərbdə görür. Bu hadisədən ən çox məmnun olan ölkə şübhəsiz ki, BŞ-dır. Çünki o, Cənubi Qafqaza məhz Ermənistan üzərindən həmlə etmək fikirindədir. Bəzi ekspertlər isə Rusiya-Ukrayna müharibəsindən sonra yeni münaqişə ocağının  Cənubi Qafqazda yaradılacağı fikirindədir. İrəvanın bu tezlikdə Moskvadan üz döndərməsi o qədər də asan görünümür. Çünki Ermənistandakı rus hərbi bazalarını, həmçinin Moskvadan olan enerji asılılığını qısa müddətədə əvəzləmək mümkünsüzdür.

    Qeyd edək ki, Vladimir Putin bu il keçirilən BRİKS ölkələrinin Cənubi Afrikadakı Zirvə görüşü və Yeni Dehlidə baş tutan G20 ölklərinin samittinə qatılmayıb. İddialara görə, buna səbəb Beynəlxalq Cinayət Məhkəməsinin Putinin həbsi ilə bağlı order verməsidir.

AYGÜN