Tehrandan BŞ-Ermənistan hərbi təlimlərinə reaksiya

Bölmə: Siyasət › ,
Tarix: 22:25 14.09.2023

   BŞ-Ermənistan hərbi təlimləri artıq Rusiya qədər İranı da narahat etməyə başlayıb. Rəsmi Tehran bilir ki, təlimlər Rusiyaya mesaj xarakteri daşıyır. Lakin başa düşür ki, BŞ bölgədə varlığından axır-əvvəl İran da nəsibini alacaq. Rejim rəsmiləri artıq telefon danışıqları zamanı İrəvana bəzi xəbərdarlıqlarını da çatdırıblar. 

     Rusiyadan sonra İran da səssizliyini pozdu. ABŞ-Ermənistan birgə hərbi təlimlərinə rəsmi Tehran sərt reaksiya verdi. İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian ermənistanlı həmkarı ilə telefon danışığı zamanı hərbi təlimləri geosiyasi vəziyyəti çətinləşdirən amil kimi qiymətləndirib. Qeyri-regional dövlətlərin bölgəyə gətirilməsini qınayan Xarici işlər naziri təlimin regional mexanizmi və dialoqları iflic edəcəyi narahatlığını da dilə gətirib. Ararat Mirzoyanın diqqətinə çatdırılan digər bir nüans isə İrəvanın son davranışlarının Cənubi Qafqazda “3+3” formatında  ünsiyyətləri daha da çətinləşdirdiyidir. Rəsmi Tehran həmçinin Regional məsələlərini məhz region ölkələrinin həll etməsi tərəfdarı olduğunu bildirib.  Siyasi şərhçi Oqtay Qasımov deyir ki, telefon danışığında Azərbaycanın irəli sürdüyü və  Türkiyənin də dəstək verdiyi 3+3 formatını xüsusi vurğulamaqla İran Ermənistanın son addımlarından narahat olduğunu nümayiş etdirib. "Diqqət eliyirsizsə, İran prezidenti və Paşinyan arasında olan ötən danışıqlarda da eyni dialoqlar keçmişdi. İndi xarici işlər nazirliyi də eyni cür danışıqlar aparır. Bu, onu göstərir ki, İran artıq narahatdır. O bilir ki,BŞ-nin bölgəyə yerləşməsi artıq onun üçün də təhdid vəd edir". 

   Günlərdir "Qartal tərəfdaşlığı-2023" təlimlərinə reaksiyasız qalan Tehranın dilə gəlməsinə səbəb isə erməni mediasında dolaşan yeni iddialardır. Ermənistan KİV-ində tirajlanan yeni məlumatlara görə, hərbi təlim formal xarakter daşıyır və qərbyönümlü Paşinyanın gələcəyə hesablanmış planıdır. ABŞ hərbiçilərinin çoxunun təlimdən sonra təlim-tədris, hərbi məsləhətçi kimi Ermənistanda qalacağı və Rusiyaya qarşı fəaliyyətlərini davam etdirəcəkləri proqnozlaşdırılır. Hətta Ermənistanda qalacaq hərbçilərinin AB-nin bölgədəki “mülki missiya”sının pərdə arxası vəzifələrini yerinə yetirən üzvləri ilə birlikdə fəaliyyət göstərəcəyi ilə bağlı şərhlər də verilir. Ekspertlər, Rusiyaya mesaj xarakteri daşıyan hərbi təlimlərdən İranın da payını alacağını düşünürlər. Elə bunun fərqinə varan İran  AB-nin bölgədəki “mülki missiya”sına səssiz qalsa da, BŞ regionda varlığına susmaq istəmir. "Bəzi ehtimallara görə, bu hərbçilər Ermənistanı tərk etməyə bilər. Əslində onların tərkibinin 100-ə yaxın olması onu deməyə əsas verir ki, onlar müəyyən tapşırıqla gəliblər bura. Bu, çox qarışıq vəziyyət formalaşdırır. Ermənistana qarşı istər İran, istərsə də Rusiya lap dərinə getsək Fransanın narazılığına səbəb olacaq".

    BŞ hərbçilərinin bölgədə qalmağı Rusiyanın Ermənistanda yerləşən hərbi hissəsinə də bir təhdiddir. Paşinyan hökuməti bu kimi addımlarla Rusiyanı sıxışdırmaq və ölkəyə təsirini tamamilə kəsməyi hədəfləyir. İrəvanın NATO-ya  üzvlüyü ilə bağlı yayılan məlumatların ardınca, ABŞ-la birgə  təlimləri analitiklər Qərbin Rusiyaya qarşı ikinci cəbhə açmaq niyyəti ilə izah edirlər. Bütün bunlar isə Ermənistanı Qərbin apardığı anti-Rusiya təbliğatının ən fəal iştirakçılarından birinə çevirib. 

İSMAYIL