"ERMƏNİ-AMERİKAN" METALLURGİYA ZAVODU KÖÇÜRÜLÜR
Bölmə: Siyasət › ,Tarix: 22:56 14.09.2023
Arazdəyəndə, Azərbaycanla sərhəddə inşa olunan “erməni-amerikan” metallurgiya zavodu başqa yerə köçürülür. Məlumdur ki, rəsmi Bakı Arazdəyəndə iri metallurgiya zavodunun inşasının ekoloji problemlər yaratması səbəbindən yolverilməz olduğunu bildirir, işlərin dərhal dayandırılmasını tələb edirdi. Bu baxımdan, ermənilərin ərazidən geri çəkilməsi Azərbaycanın növbəti uğuru hesab oluna bilər. Bununla belə, zavodun Zod istiqamətinə köçürüləcəyi ilə bağlı səslənən iddialar daha böyük təhlükədən xəbər verir.
Ermənistanın Azərbaycanla sərhəddə yerləşən Vedibasar rayonunun Arazdəyən bölgəsində tikilməkdə olan metallurgiya zavodu köçürülür. Bu barədə Avropa İttifaqının Ermənistandakı Müşahidə Missiyası açıqlama verib. Qurumdan bildirilib ki, Avropa İttifaqının missiyası avadanlıqların başqa yerə təhlükəsiz köçürülməsinə töhfə verir. Prosesin həyata keçirilməsinə Azərbaycan tərəfinin haqlı etirazı səbəb ola bilər. Çünki zavodun tikilməsi üçün elə bir yer seçilmişdi ki, bu, Espo Konvensiyasının müddəalarına tamamilə zidd idi. Buna görə də rəsmi Bakı metallurgiya istehsalının əhaliyə və ətraf mühitə zərər yetirəcək təhlükəli emissiyalara səbəb ola biləcəyindən narahat idi və adekvat tədbirlər görürdü. Siyasi şərhçi Məhəmməd Əsədullazadə deyir ki, mümkündür ki, bunun nəticəsində zavodun inşasının davam edilməsinə Birləşmiş Ştatların “GTB Steel” şirkəti razı olmayıb, investorlar belə bir mübahisəli ərazidə əmlak sahibi olmaq istəməyiblər. "Ermənistan bu zavodun köçürülməsi, konkret olaraq burada, təbii ki, Azərbaycanın ciddi şəkildə təzyiqlərindən də mümkündür. Çünki Azərbaycan bütün beynəlxalq təşkilatlara və digər ölkələrə Ermənistanın Arazdəyəndə sərhəddə yaxın belə bir metallurgiya zavodunun tikintisini Azərbaycan üçün ekoloji problemlərə gətirib çıxaracağını daim vurğulayırdı və Ermənistan tərəfi də əgər bunu hərbi məqsədlər üçün edirsə və bu proses yenə də Ermənistan öz əleyhinə çevriləcək".
Zavodun hansı əraziyə köçürüləcəyi rəsmi olaraq elan ediməsə də, bu barədə erməni mediasında ardıcıl xəbərlər tirajlanır. Bir çox mənbə tikintinin daha təhlükəsiz ərazidə aparılacağını yazır. Lakin Zavodun Zod istiqamətinə köçürüləcəyi ilə bağlı iddialar da gündəmdədir. Əgər bu versiya doğrudursa, deyə bilərik ki, təhlükə hələ tam ötüşməyib. Çünki Zodda da ekoloji fəlakələtlərə səbəb ola bilər. Ekoloq Rövşən Abbasovun sözlərinə görə, zavod yeri seçilərkən mütəxəssislər mütləq Zor istiqamətində Ermənistan ərazisində elə ərazi nəzərdə tutmalıdırlr ki, o mümkün tullantılar Azərbaycan ərazisinə gəlməsin. "Çünki orada elə yerlər var ki, o ərazilər Tərtər çayının hövzəsinə düşür və bu da gələcəkdə yenə də Azərbaycan tərəfinin həm etirazına səbəb ola bilər, həm də Tərtər çay ekosisteminə təsir edə bilər. Onsuz da işğal dövründə Ermənistan ərazisində aparılan qızılçıxarma işləri Tərtər çayının süni keyfiyyətinə çox pis təsir etmişdi".
Zavodun Zod istiqamətinə köçürülməsi isə təkcə ekoloji təhdid ehtiva etmir. Bu, hərbi cəhətdən də risklidir. Çünki Zod Azərbaycanla sərhəddə yerləşir və burada mütəmadi hərbi gərginlik olur.
Onu qeyd etmək lazımdır ki, əgər Ermənistan tərəfi zavodun köçürülməsindən hərbi məqsədlər üçün istifadə etmək istəyirsə, bu proses yenə də onların öz əleyhinə çevriləcək. Azərbaycanın bölgədəki güclü hərbi qoşun birləşmələrinin mövcudluğunu, eləcə də Türkiyə faktorunu unutmaq olmaz. Yəni ermənilərin istənilən təxribatı cavabsız qalmayacaq.
JALƏ