Ermənistan qərar verməlidir: Rusiya, yoxsa ABŞ

Bölmə: Siyasət › ,
Tarix: 22:43 18.09.2023

Ermənistan Rusiyaya qarşı Birləşmiş Ştatların partnyoru olmaqla bağlı real qərar qəbul etməlidir. Bu fikir Senatda keçirilən dinləmələrdə səsləndirilib. Senatorlar qərbi seçəcəyi təqdirdə Paşinyan hökumətinə müdafiə və təhlükəsizlik sahəsində dəstək verəcklərini də açıqlayıblar. Bu isə Rusiyanın qəzəbinə səbəb olub. Moskva Ermənistanın aqiibətinin də Ukraynaya bənzəyə biləcəyini deyib. Bəs Ermənistanda 2 qütbün toqquşması-- Cənubi Qafqazdakı proseslərə necə təsir edəcək?


"Biz hələ də bu ilin sonuna qədər sülh müqaviləsinin imzalanacağına ümid edirik və Ermənistanın siyasi rəhbərliyini əsas addımı atmağa çağırırıq. Rəsmi olaraq, sülh müqaviləsi çərçivəsində öz imzaları ilə Azərbaycanın ərazi bütövlüyünün tanınması, respublikamızın Qarabağ iqtisadi rayonu da daxil olmaqla, gələcəkdə ölkəmizin daxili işlərinə qarışmaqdan çəkinmək öhdəliyi götürsün". Prezidentin köməkçisi Hikmət Hacıyev TASS-a müsahibəsində belə deyib.

 

Hikmət Hacıyev qeyd edib ki, Qarabağdakı etnik ermənilər Azərbaycan vətəndaşlarıdır və onların hüquq və təhlükəsizliyi Azərbaycan Konstitusiyası ilə təmin olunacaq. Prezidentin köməkçisinin sözlərinə görə, Ermənistan Azərbaycanda separatçılığı maliyyələşdirmək siyasətindən əl çəkməlidir.