"AZƏRBAYCAN VƏTƏNDAŞLIĞI ALTINDA YAŞAMAQ İSTƏMƏYƏNLƏR KÖÇÜB GEDƏCƏKLƏR"
Bölmə: Siyasət › ,Tarix: 20:12 19.09.2023
Qarabağda antiterror tədbirlərinə başlanılıb. Ermənistan silahlı qüvvələrinin birləşmələrinin Azərbaycan Ordusunu atəşə tutması, ərazilərimizin minalanması, səngər və sığınacaqların sayının artırılması gərginliyin artmasına səbəb olub. Bəs bu gərginliyin sonu necə olacaq?
Politoloq Fərhad Mehdiyev deyir ki, qanunsuz silahlı birləşmələr buraxılacaq. Azərbaycan vətəndaşlığı altında yaşamaq istəməyənlər köçüb gedəcəklər. Politoloq bunu "sülhə məcbur etmə əməliyyatı" adlandırır. "Məncə, buna sülhə məcbur etmə əməliyyatı demək lazımdır. Füzuli yolunda minanın partlaması onu deməyə imkan verir ki, separatçı qüvvələr heç vaxt dinc durmayacaqlar, həmin əraziləri Azərbaycan dövlətinin nəzarətinə qaytarmaq lazımdır".
Çinarə Muradova