"Bundan sonra Azərbaycan Ordusu qarşı tərəflə başa düşdüyü dildə danışacaq"- Hərbi ekspertdən AÇIQLAMA

Bölmə: Siyasət › ,
Tarix: 20:18 19.09.2023

    “Ermənistanın və eyni zamanda seperatçı rejimin son günlər təxribatları genişləndirməsi, son baş verən terror hadisəsi zamanı mülki insanlar və polislərimizin şəhid olması bir daha sübut etdi ki, düşmən tərəfin bizə qarşı heç bir sülh niyyəti yoxdur. Əksinə, regionda vəziyyəti gərginləşdirmək üçün əllərindən gələni əsirgəmirlər”.

    Bu sözləri İnformator.az-a hərbi ekspert Azər Bayramov deyib. Onun sözlərinə görə, ordumuz, erməni təxribatına adekvat cavab olaraq, zəruri addım atmağa məcbur qalıb. “Bu gündən etibarən, Qarabağ ərazində antiterror əməliyyatına başlanğıc qoyuldu. Bu tədbirlər çərçivəsində, ordumuza və mülki insanlarımıza qarşı təhdid törədən nöqtələrin zərərsizləşdirilməsi,silah və texnikanın sıradan çıxarılması istiqamətində ciddi addımlar atılır. Separatçı rejimin, silahlarını və hərbi texnikasını mülki əhalinin yaşadığı bölgələrdə yerləşdirməsinə baxmayaraq, Ordumuzun səyi nəticəsində, sözügedən texnikaların hər biri sıradan çıxarılır. Müdafiə Nazirliyinin açıqlamasından da, məlum oldu ki, mülki əhali və obyektlərin təhlükəsizliyinin qorunması məqsədilə ciddi addımlar atılır". Hərbi ekspert deyir ki, problemin bu yerə qədər gəlib çatmasında, yeganə məsuliyyət qarşı tərəfin üzərinə düşür. Azərbaycan tərəfi, qarşı tərəfə nə qədər humanist yanaşaraq, sülh təklifləri versə də, qarşı tərəf sadəcə vəziyyəti gərginləşdirmək üçün çalışıb. "Ermənistanın sülh tərəfdarı olmaması, öz vəziyyətini daha da gərginləşdirəcək. Bundan sonra, Azərbaycan Ordusu qarşı tərəfə onun başa düşəcəyi dildən, hərb dilindən cavablar verəcək”.

HƏCƏR ƏMİRASLANLI