RUSİYA AZƏRBAYCAN VƏ ERMƏNİSTANI ÜÇLÜ MÜQAVİLƏYƏ ƏMƏL ETMƏYƏ ÇAĞIRIB

Bölmə: Siyasət › ,
Tarix: 20:35 19.09.2023

  Kremlin sözçüsü Dmitri Peskov Rusiya, Azərbaycan və Ermənistan arasında Qarabağla bağlı daha əvvəl əldə edilmiş üçtərəfli razılaşmalara əməl edilməli olduğunu bildirib və “yeni faktları nəzərə alaraq hər kəsi bu sənədlərin müddəalarına əməl etməyə çağırırıq” deyib. Peskov Azərbaycanın Qarabağda Konstitusiya quruluşunun bərpası üçün başlatdığı antiterror əməliyyatı ilə bağlı paytaxt Moskvada jurnalistlərə açıqlama verib. Qarabağdakı vəziyyətdən narahat olduqlarını bildirən Peskov "gərginliyin kəskin artması və hərbi əməliyyatların başlamasından narahatıq" deyib. Azərbaycan və Ermənistanın Rusiya ilə imzalanmış üçtərəfli sazişlərə əməl etməli olduğunu bildirən Peskov, "yeganə vacib məqam Rusiya, Ermənistan və Azərbaycan arasında imzalanmış üçtərəfli sənədlərdir. Biz hər kəsi sənədlərin müddəalarına əməl etməyə çağırırıq. Ermənistan tərəfi hesab edir ki, Azərbaycanın 1991-ci ildə öz torpaqlarını indidən tanıması faktını nəzərdə tuturuq”. Peskov qeyd edib ki, regiondakı vəziyyətin diplomatik yolla həlli üçün Bakı və İrəvanla təmasları davam etdirirlər.

   Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozef Borrell “Aİ Qarabağdakı hərbi gərginliyi pisləyir” deyib. Borrell Azərbaycanı hərbi əməliyyatları dayandırmağa çağırıb.

HƏCƏR ƏMİRASLANLI