Xankəndidə yaşayış və sosial obyektlərə zərbələr endirilməsi ilə bağlı yayılan xəbərlər yanlışdır
Bölmə: Siyasət › ,Tarix: 18:43 19.09.2023
"Azərbaycan Ordusunun Qarabağ iqtisadi zonasında lokal xarakterli antiterror əməliyyatına başlaması Azərbaycan Konstitusiyası və beynəlxalq hüquqa tamamilə uyğundur" - millət vəkili Kamilə Əliyeva belə deyir. Bildirir ki, Azərbaycan heç vaxt öz ərazisində başqa dövlətlərin, seperatçıların, hərbi birləşmələrin qalmasına imkan verməyəcək. "2020-ci il 10 noyabr Bəyannaməsinin IV bəndində qeyd olunur ki, qanunsuz silahlı dəstələr Azərbaycanın ərazisi olan Qarabağdan təcili çıxarılmalıdırlar. Bu barədə prezident İlham Əliyev Ermənistan rəhbərliyinə və seperatçılara dəfələrlə xəbərdarlıq etsə də, qanunsuz qüvvələr, seperatçılar silahlarını yerə qoymadılar, Azərbaycan da lazımi tədbir gördü". Milli Məclisin üzvü deyir ki, Ermənistan rəhbərliyi və onu dəstəkləyən seperatçı rejim bu xəbərdarlıqdan nəticə çıxarmadı, silahlanmanı daha da intensivləşdirdilər və bu gün quldur dəstələrinin Qarabağda yerləşdirdiyi minaların partlaması nəticəsində mülki vətəndaşlarımız və polis əməkdaşlarımız həlak olur. "Azərbaycan Ordusunun həyata keçirdiyi lokal xarakterli antiterror əməliyyatları nəticəsində ancaq hərbi nöqtələr məhv edilir. Ermənilərin Azərbaycan Ordusunun Xankəndidə yaşayış və sosial obyektlərə zərbələr endirməsi ilə bağlı yaydığı xəbərlər tamamilə yanlışdır".
Nəzrin Mirzəyeva