QANUNSUZ ERMƏNİ SİLAHLI BİRLƏŞMƏLƏRİ AĞ BAYRAQ QALDIRMALIDIR!
Bölmə: Siyasət › ,Tarix: 21:20 19.09.2023
"Ağ bayraq qaldırılmalıdır, bütün silahlar Azərbaycan Ordusuna təhvil verilməli, Ermənistan ordusunun qalıqları Azərbaycan ərazisini tərk etməli və quldur rejim özünü buraxmalıdır". Politoloq Natiq Miri rəsmi Bakının Qarabağ bölgəsində yaşayan erməni sakinlərin nümayəndələri ilə Yevlaxda görüşə hazırdır fikrinə belə münasibət bildirib. Politoloqun sözlərinə görə, görüşü Yevlaxda keçirmək istəyi heç bir maraq əks etdirmir. Yevlax əvəzində Bakı, Bərdə və s. ola da bilərdi. "Burada əsas məqsəd məkan deyil. Əsas məsələ görüşə qədər qudur separat rejimin etməli olduqlarıdır. Separat rejimi özlərini buraxmalıdır, yalnız bundan sonra danışmaq istəyirlərsə, olar. Bir şərtlə ki, həmin insanların əlləri Azərbaycan əsgərinin qanına batmasın".
Natiq Miri iddia edir ki, Samvel Şahramanyan həbs edilsin. "Azərbaycan polisi başda qondarma prezident Şahramanyan olmaqla bütün separat rejim və qondarma parlament üzvlərinin hamısını həbs etməlidir, onların gizləndiyi yerlər bəllidir. Əgər Xankəndini mühasirəyə alıb girəcəklərsə onların qaçacaq bir yeri olmayacaq, bütün Avropaya nümayiş etmək lazımdır ki, siz necə separatist olduğu üçün Puçdemonu həbs edə bilirsinizsə, bizdə Azərbaycanda beynəlxalq hüquq çərçivəsində separatizmə beynəlxalq hüquq tətbiq edərək bütün separatçıları həbs edirik".
Çinarə Muradova