MİNA TERRORUNA MƏRUZ QALANLAR

Bölmə: Siyasət › ,
Tarix: 21:24 19.09.2023

 

    Qeyri-qanuni erməni silahlı qüvvələri 30 il ərzində qanunsuz olaraq işğal altında saxladığı əraziləri mina teroru həyata keçiriblər. Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi mina terroru nəticəsində  100-lə ailə zərər görüb. Müsahibimiz İlahə Yusifova deyir ki, onlar 20 ildən çox keçmiş cəbhə xəttinə yaxın ərazidə, Füzulinin Əhmədallar kəndində yaşayıblar.  Bu bölgədəki əhalinin əksəriyyəti erməninin həyata keçirdiyi terror əməliyyatlarından ziyan çəkib. "Bu faciənin ən ağırı bir neçə ay əvvəl mənim ailəmdə baş verdi. Biz erməni terrorunun, onların mənfur niyyətlərinin qurbanı olan ailələrdən biriyik. Mənim həyat yoldaşım Yusifov Nadir torpaqlarımız işğaldan azad olunandan sonra ərazilərimizin minalardan təmizlənməsi, əhalinin qorxmadan öz doğma torpaqlarına ayaq basması üçün ANAMA-da fəaliyyətə başladı. 2023-cü il aprelin 28-də vəzifə borcunu yerinə yetirən zaman tank əleyhinə basdırılmış minaya düşərək şəhadətə ucaldı".

 

   Mina terrorunun qurbanı olan vətəndaşlardan biri də Tərtərdə yaşayan Rafail Bayramovdur. Taksi fəaliyyəti ilə məğul olan Rəfail mina partlayışı nəticəsində sağlamlığını itirib. "Mina qurbanıyam mən. Taksi fəaliyyəti ilə məşğul olduğuma görə düşmüşəm minaya. Xalqımıza tövsiyəm odur ki, qadağan olunmuş ərazilərə getməsinlər. Bu mina çox canlar alır. O gün də Füzulidə polis əməkdaşı minaya düşüb. Çox canlar alıb bu minalar".

   Bu ailələr mina qurbanlarının daha bir neçəsidir. İndiyə qədər Ermənistan Azərbaycan ərazisində 1 milyondan çox mina basdırıb. İşğaldan azad edilmiş ərazilərdə təmizləmə işləri nəticəsində bu günədək 95 minə yaxın mina və digər partlayıcı qurğular aşkar edilərək zərərsizləşdirilib. Ermənistanın Azərbaycan xalqına qarşı mina terroru nəticəsində 3393 nəfər azərbaycanlı mina hadisəsinin qurbanı olub.

SONA