MİNA TƏHLÜKƏSİ HƏR AN VAR

Bölmə: Siyasət › ,
Tarix: 22:40 19.09.2023

 

   Mina terroru 30 ildən artıqdır davam edir. Bu gün də vətəndaşlarımız Qarabağdakı Silahlı birləşmələrin basdırdığı minaların qurbanına çevrilir. 

   Vətən Müharibəsi bitəndən bu günə kimi 314 nəfər mina terrorundan zərər çəkib. Həmin şəxslərdən 48-i mülki, 13-ü hərbçi olmaqla, ümumilikdə 61 nəfəri həyatını itirib. 253 şəxs xəsarət alıb. 1991-ci ildən günə kimi  isə minadan zərərçəkənlərin sayı 3 min 393 olub. Mina qurbanlarının sayı gün keçdikcə artır. Bu gün onların sırasına Xocavəndə terror nəticəsində minaya düşərək həyatını itirən 7 polis əməkdaşı, 2  mülki şəxs də qatıldı. Bu isə mina terrorunun hələ də davam etdiyinin bariz nümunəsidir.  Mina məsələləri üzrə ekspert Hafiz Səfixanov deyir ki, son hadisələr göstərir ki, Ermənistan silahlı qüvvələrinin Qarabağdakı tör-töküntüləri  aktivləşiblər. Diversiya təxribat qrupları aktiv işləyir. Bir neçə gün əvvəl Ağdam, ötən gecə Xocavənd rayonu ərazisində baş verən hadisə onu göstərir ki, digər rayonların ərazisində də bu tip hadisələrə rast gələ bilərik. "Ermənistan Silahlı Qüvvələri ağılagələn və gəlməyən metodlardan istifadə edərək mina tələlər yerləşdirir, bu da bizim insanlarımız, xüsusilə də mülki vətəndaşlarımız üçün ciddi təhlükə mənbəyidir". 

 

NƏRGİZ