PAŞİNYANIN NÖVBƏTİ BMT ŞOUSU
Bölmə: Siyasət › ,Tarix: 22:51 19.09.2023
BMT baş asambleyasının 78-ci sessiyası keçirilir. Tədbirdə iştirak edən ölkələr arasında Ermənistan da yer alır. Paşinyan yenə bu sessiyadan istifadə etməklə Azərbaycanı hədəfə gətirmək niyyətindədir. Lakin müxtəlif məsələləri gündəmə gətirməklə özünə havadar toplamaq istəyən rəsmi İrəvanın bu arzuları puça çıxacaq.
Bu gün Nyu-Yorkda BMT Baş Assambleyasının 78-ci sessiyası keçirilir. Tədbir ənənəvi olaraq dünyanın müxtəlif ölkələrindən dövlət başçılarını, baş nazirləri, xarici işlər nazirlərini, beynəlxalq təşkilatların nümayəndələrini bir araya gətirir. Sessiya çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında hər hansı bir görüş nəzərdə tutulmayıb. Siyasi şərhçi Turab Rzayevin sözlərinə görə, bu iclasda da hər zaman olduğu kimi Rəsmi İrəvan yaranmış gərginlikdən istifadə etməklə Azərbaycanı yenidən hədəfə çevirmək niyyətindədir. Əsas məqsəd isə Azərbaycana qarşı beynəlxalq təzyiq yaratmaqdır. Ölkə yenə aclıq və humanitar böhran şousunu sessiyanın iclasına daşımaq məqsədi güdür. Bununla da saxta və dırnaqarası cəfəngiyyatlarla BMT-nin assambleya sessiyasında gündəmə çevrilmək və özünə tərəfdaşlar toplamaq istəyindədir. "Azərbaycan bu tərzdə ittihamlar irəli sürərək beynəlxalq nəzarətin yaranmasına şərait yaradırlar. Ermənistan mediasının son zamanlarda apardığı siyasət ona işarə edir ki bir tərəfdən Azərbaycanla sülh danışıqları ilə bağlı sülhlə bağlı açıqlamalar verir. Digər tərəfdən isə həm hərbi cəhətdən müharibəyə hazırlaşır eyni zamanda Qarabağ məsələsini Ermənistan Azərbaycan gündəmindən çıxartmağa çalışır. Qarabağ məsələsinin beynəlxalq nəzarətə götürülməsi üçün çalışılır".
Ancaq yenə də, Ermənistanın və onun havadarı olan Fransanın xəyallarının puça çıxacağı proqnozlaşdırılır. Paşinyanı qıcıqlandıran digər məsələ isə rəsmi Bakının bir çox ölkələrlə diplomatik müttəfiqliyidir. Rəsmi Parisin BMT-dəki nümayəndəsinin isə bu məsələlərdə diplomatik etikadan kənara çıxaraq, ermənipərəst mövqe sərgiləyəcəyi şübhəsizdir. Ekspertlərin sözlərinə görə, BMT bu sessiyasında Ermənistan antiazərbaycan çıxışları sadecə özünü rüsvay etmiş olacaq. Azərbaycan heç bir qınaq obyektinə çevrilməyəcək. Sessiyada yalnız Ermənistan-Azərbaycan danışıqlarının davam etdirilməsi, həm Laçın, həm də Ağdam yolunun humanitar məqsədlə maneəsiz işləməsi kimi çağırışların olacağı gözlənilir. Qeyd edək ki, səfər zamanı Nazir Ceyhun Bayramovun Baş Assambleyanın plenar sessiyasında çıxışı, sessiya çərçivəsində keçiriləcək tədbirlərdə iştirakı, habelə xarici dövlətlərin rəsmiləri ilə ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulur.
FİDAN