Cəbhədə vəziyyət necədir?

Bölmə: Siyasət › ,
Tarix: 11:59 20.09.2023

Dünən başlayan antiterror hadisəsindən sonra hazırda cəbhədə vəziyyət necədir?


Bu haqda İnformartor.az-a politoloq Fərhad Mehdiyev danışıb. Politoloq deyir ki, bu xüsusi bir əməliyyat şəklində keçirilir:

 

"Mülki əhalinin qorunması üçün maksimum səy göstərilir, əhalinin cəmləşdiyi yerlərə zərbə endirilmir. Digər tərəfdən əməliyyat düşmənin fiziki məhv edilməsinə deyil, sıxışdırılıb çıxarılmasına yönəlir. Eyni zamanda humanitar koridor açıq saxlanılır, belə ki sülhməramlılar həmin şəxsləri Ermənistan ərazisinə daşıyır. Qeyd edim ki, Azərbaycan bu əməliyyatı beynəlxalq hüquqa uyğun aparır".

 

Çinarə Muradova