"Regional məsələlərin həlli regionda həll edilməlidir"-Hikmət Hacıyev

Bölmə: Siyasət › ,
Tarix: 21:31 20.09.2023

Sabah Yevlax rayonunda Qarabağdakı erməni əhalinin nümayəndələri ilə Azərbaycan Respublikasının mərkəzi hakimiyyət orqanlarının nümayəndələri arasında keçiriləcək görüşdə yalnız sülh məsələləri danışılacaq.

 

“Əslində Ermənistan istəsəydi və lazımi addımı atsaydı bu görüş bir neçə ay öncə baş tutardı”. Bu fikirləri Prezident Administrasiyasının Xarici Siyasət Məsələləri Şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərin suallarını cavablandırarkən deyib. O, həmçinin bəzi dünya ölkələrinin regionda sülhün bərqərar olmasına yaratdığı problemlərdən də danışıb: “Regional məsələlərin həlli məhz regionda həll edilməlidir və Azərbaycan bu gündəliyin tərəfdarıdır və regiona digər ölkələrin özləri arasında olan geosiyasi rəqabətin və problemlərin Cənubi Qafqaz regionuna daşınmasına ehtiyac yoxdur. Cənubi Qafqaz regionu onsuz da münaqişələrdən, təhlükələrdən uzun müddətdir əzab çəkib və Ermənistan da bu kimi siyasətlərin həyata keçirilməsində regionumuzda alət olmamalıdır”.