Azərbaycanın haqlı davasında hər kəs yanındadır
Bölmə: Siyasət › ,Tarix: 21:48 20.09.2023
Azərbaycanın öz torpaqlarında keçirdiyi antiterror tədbirləri uğurla yekunlaşdı. Azərbaycan Ordusunun qətiyyəti öz nəticəsini verdi və erməni separatçıları silahlarını ataraq döyüş postlarını tərk etdilər. Təbii ki, qalibiyyət rahat əldə olunmadı. Separatçılarla yanaşı, kənar qüvvələrin də təzyiqləri var idi.
24 saatlıq antiterror tədbirlərində Azərbaycan ordusu yenə öz gücünü göstərdi. Bu müddət ərzində Azərbaycana təzyiqlər göstərməyə çalışan, təxribatlar törədənlər oldu. Amma Azərbaycan ordusu öz yolundan dönmədi. Hətta Qərb və Fransa rəsmi Bakını sanksiyalarla hədələdi.
Siyasi ekspert Yücel Karauz bildirib ki, Azərbaycan haqlı davasını sona qədər davam etdirəcək: “Bu, yüz ildir öyrəşdiyimiz Birinci Qarabağ müharibəsindən sonra Agent Mins qrupunun başına keçən Fransanın göstərdiyi ikiüzlülüyün əksidir və gözlənilən davranışdır. Düşünürəm ki, Fransadan başqa davranış gözləmək çox sadəlövhlük olardı. Bunlar boş səylər və israflardır. Azərbaycan haqq davasl məsələsində antiterror əməliyyatlarını sona qədər aparacaq. Bir nəfər də olsun silahlı şəxs qalmayana qədər əməliyyatlarını davam etdirəcək”.
Vaxtilə Ermənistanın və Qarabağdakı qondarma rejimin problemlərinin həlli ilə bağlı missiyanı üzərinə götürən Fransa iflasa uğradıqdan sonra geri çəkilməyə məcbur oldu. Biabırçı məğlubiyyətini kompensasiya etmək üçün Paris Azərbaycanın antiterror tədbirləri ilə bağlı vəziyyətin BMT TŞ-na çıxarılmasına səy göstərir.
Qazaxıstanlı siyasi şərhçi Amangəldi Kurmetuly da Azərbaycanın haqlı tərəf olduğunu vurğulayıb: “Əvvəllər Birləşmiş Millətlər Təşkilatında Azərbaycanın ərazi bütövlüyü haqqında böyük qərarlar var idi. Qərb dövlətləri və Fransa ilə heç vaxt bu qərarları həyata keçirməyə çalışmadılar. Bu günlərdə hələ də BMT Təhlükəsizlik Şurasında Qarabağ məsələsini müzakirə etməyə çalışırlar. Təbii ki, bu halda Fransanın ikiüzlü münasibəti olduğunu bilirik. Onların Afrikada nə etdiklərini də bilirik. Amma söhbət Azərbaycana gələndə həmişə Azərbaycanın öz ərazisinə hakim kəsilməsinə mane olmağa çalışırlar.