NÜVƏ MÜHARİBƏSİ EHTİMALINA DAİR NARAHATLIQ

Bölmə: Siyasət › ,
Tarix: 22:16 20.09.2023

 

  Rusiyanın Ukraynada apardığı hərbi əməliyyatlara bu dəfə Finlandiya liderindən reaksiya gəlib. Ölkə prezidenti Sauli Niinisto bildirib ki, tərəflər arasında 2 ilə yaxındır davam edən müharibə daha da qəlizləşə bilər. Hətta Moskvanın vəziyyəti kritikləşərək nüvə müharibəsinə də gətirə biləcəyi açıqlanıb. Maraqlıdır, bəs Kreml belə bir riskə gedə bilərmi? 

   Müharibənin sonlanmasının gözlənildiyi bir vaxtda vəziyyətin daha da kritikləşə biləcəyi fikirləri ara vermir. Bu dəfə Finlandiya prezidenti Sauli Niinisto həyəcan təbili çalıb. Şimal ölkəsi lideri “The New York Times” qəzetinə müsahibəsində Rusiyanın Ukraynanı işğal etməsinin nüvə müharibəsinə çevrilə biləcəyini açıqlayıb. Bundan əlavə, Avropa ölkələrinə xəbərdarlıq edən Niinisto Moskvanın müharibəni daha da şiddətləndirəcəyinə biganə qalmamağa dair çağırış edib. Ukrayna məsələsi Rusiya üçün ölüm-qalım savaşı olsa da, onun nüvə müharibəsinə gedə biləcəyi ilə bağlı siyasi baxışlar isə birmənalı deyil.

   Siyasi şərhçi Elçin Mirzəbəylinin sözlərinə görə, indiki şəraitdə nüvə silahından istifadə olunması ehtimalı həmişə var. "Bu ola bilsin ki, Uraynanın özünə qarşı olmasın. Ola bilsin ki, Polşanın özünə qarşı nüvə silahından istifadə olunsun.  Baxmayaraq ki, Rusiya mütəmadi olaraq bəyan edir ki, onun nüvə silahından istifadə etməyə ehtiyacı yoxdur. Amma Ukraynaya verilən dəstək, xüsusilə də yeni silahlarla bağlı artacaqsa, hərçənd ki, bunun ehtimalı da çox azdır. O zaman Rusiyanın daha sərt addımlara əl atması mümkündür".

  Ekspertlərin fikrincə, Finlandiya rəsmisinin çağırışı ərazi təhlükəsizliyini sığortalamaq məqsədilə edilib. O ki qaldı, Rusiyanın nüvə silahından istifadə edə biləcəyi ilə bağlı Finlandiya rəsmisinin çağırışına, ekspertlərin qənaətincə, bu, Finlandiyanın öz ərazi təhlükəsizliyini sığortalamaq məqsədilə edilən bir çıxışdır. "Mövcud reallıqda Rusiyanı vəziyyəti daha da qəlizləşdirməyə sövq edə biləcək amil Polşa ola bilər. Buna səbəb isə adıçəkilən ölkənin Ukraynaya davamlı hərbi dəstək göstərməsidir. Belə olduğu halda, müharibənin digər bir cəbhəsinin Varşava ola biləcəyi də istisna edilmir".

 ZEYNƏB