APA-NIN BAŞ KATİBİ: "QADINLAR ÜZRƏ KOMİSSİYA" ASİYA ÖLKƏLƏRİ ÜÇÜN BÖYÜK ƏHƏMİYYƏTƏ MALİK OLACAQ

Bölmə: Siyasət › ,
Tarix: 21:09 21.09.2023

     Milli Məclisdə Asiya Parlament Assambleyası Sosial və mədəni məsələlər üzrə daimi komitəsinin iclası keçirilib. Assambleyanın Azərbaycanda keçirilən ilk komitə iclasında dünyanın 15-dən çox ölkənin rəsmi nümayəndləri, millət vəkilləri və APA-nın baş katibi də iştirak edib. Keçirilən iclasda Asiya ölkələri və Azərbaycan arasında yeni layihələr, eyni zamanda Azərbaycanın da irəli sürdüyü layihə ətrafında layihələr müzakirə olunub.

   İclasda Milli Məclisin sədri Sahibə Qafarova, 15 ölkə və Asiya Parlament Assambleyasının Katibliyinin nümayəndə heyəti iştirak edib. 16 qətnamənin müzakirə olunduğu iclasda APA-nın baş katibi Muhammed Reza Məcidi diqqəti 3 yeni layihəyə yönəltdi və onların dövlətlərarası əhəmiyyətindən danışıb. "Bizim digər yeni bir qətnamə layihəmiz var qadınlarla bağlı qətnamədir. Azərbaycanın təklifidir. Bu qətnamə layihəsi vaxtına düşdü. Yeni zamanda bu qətnamə APA qadın parlamentarilərini əhatə edir. Daimi komitə bu qətnamə ilə bağlı APA-nın qadınlar üzrə komissiyasının yaradılmasını da təklif edib".

   Milli Məclisin sədri Sahibə Qafarova da qadınlarla bağlı layihənin böyük əhəmiyyətə malik olduğunu bildirib. Qeyd edib ki, Asiya xalqları ilə bu mövzuda əməkdaşlıq məsələrinin inkişaf etdirilməsi Azərbaycan üçün strateji əhəmiyyət kəsb edir. "Komisiyanın yaradılması inanırıq ki, bir təminat yaradacaq, gender bərabərliyi məsələləri öz həllini tapacaq. APA-nın fəaliyyətində bu məslələrə daha geniş yer ayrılmış olacaq. Qadınlara qarşı ayrıseçkilik Asiya ölkələrində aradan qaldlrılmış olacaq".

   Millət vəkili Qənirə Paşayeva isə “Qadınlar üzrə Komissiya”nın yaradılmasının APA-nın fəaliyyətində gender bərabərliyinin təmin edilməsi məsələsinin ön planda saxlanmasına zəmanət verəcəyini, bunun Asiya ölkələrində qadınlara qarşı diskriminasiyanın aradan qaldırılmasına kömək edəcəyini vurğulayıb. "Ölkəmiz beynəlxalq səviyyədə də bu məsləyə hər zaman töhvə verməyə çalışır. Biz istəyirik ki, APA-ya üzv ölkələrdə uğurlu təcrübə qarışılıqlı olaraq öyrənilsin, ən yaxşı modellər tətbiq edilsin və yayılsın. Sözügedən komisyanın yardılmasını önəmli hesab edirik və inanırıq ki, APA-da qadınlar üzrə komisyanın yaranması hamımız üçün, bütün üzv ölkələr üçün önəmli və faydalı olacaq".

  Bununla yanaşı, komitənin ötən ilki iclasında Azərbaycanın 2024-2025-ci illərdə APA-da sədrliklə bağlı irəli sürdüyü namizədlilik məsələsi də müzakirə olunub. Bildirilib ki, ölkəmiz təşkilatın sədri seçildiyi halda komitənin ümumi məqsədlərinə çatması, dövlətlərarası əməkdaşlığın daha da möhkəmləndirilməsi üçün geniş işlər aparılacaq.

Zeynəb Nadirova