YEVLAX GÖRÜŞÜNDƏN SONRA REGİONDA YENİ REALLIQ - NGƏZUR DƏHLİZİNİN AÇILMASI SÜLHÜN İQTİSADİ ZƏMANƏTİ OLACAQ
Bölmə: Siyasət › ,Tarix: 21:47 21.09.2023
Yevlaxda Qarabağın erməni icması ilə görüş bütövlükdə regionun inkişafı üçün yeni səhifə açacaq. Görüşün baş tutmasıyla bağlı irəli sürlən təkliflər bölgənin gələcəyinin yeni inkişaf strategiyasıdır. Bu razılaşma eləcə də Qarabağın inkişafı və reinteqrasiyası baxımından vacibdir. Çünki Qafqaz dayanıqlı sülhə heç zaman indiki qədər yaxın olmayıb.
Yevlaxda Qarabağın erməni icması ilə görüş təkcə Azərbaycanın deyil, bütövlükdə regionun inkişafı üçün yeni səhifə açacaq. Politoloq Turan Əliyevin sözlərinə görə, rəsmi Bakının dayanıqlı mövqeyi Beynəlxalq güclərin regionda maraqlarının təmin olunması, eləcə də Cənubi Qafqazda sülh, əməkdaşlıq, təhlükəsizliyin bərqərar olunması baxımından sülh prosesinə bir addım da yaxınlaşdırır. "Bölgədə yaranmış yeni reallıqlar fonunda reinteqrasiya prosesinin sürətlənməsiylə paralel regionda kommunikasiyaların bərpası, eləcə də, Zəngəzur dəhlizinin açılması sülhün iqtisadi zəmanəti olacaq".
Son hadisələr bir daha sübut etdi ki, Cənubi Qafqazın gündəliyini müəyyən edən və şərtləri diktə edən Azərbaycandır. Qarabağda yaşayan erməni əhalisi tezliklə yaxşılığa doğru dəyişiklikərin şahidi olacaq. Azərbaycan ərazisində ermənilər də digər xalqların nümayəndələri kimi Bakının qanunları ilə yaşayacaqlar. Çünki Azərbaycanın əsas prioriteti sülh, qarşılıqlı anlaşma, hörmət əsasında birgə həyatın qurulmasıdır.