DTX Qarabağda yaşayan ermənilərə müraciət etdi

Bölmə: Siyasət › ,
Tarix: 23:27 25.09.2023

Dövlət təhlükəsizlik xidməti Qarabağ bölgəsində yaşayan erməni sakinlərə müraciət edib. Müraciətdə orada yaşayan erməni ailələri sülh şəraitində yaşamağa səsləyib. Həmçinin sabitliyin və ictimai təhlükəsizliyin qorunmasına təhdid yaradan əməllərdən, əmlakların, sənədlərin məhv edilməsi və sair bu kimi qeyri-qanuni hərəkətlərdən çəkinməyə çağırıb.


Dövlət Təhlükəsizliyi Xidməti Qarabağ bölgəsinin erməni sakinlərinə müraciət edərək, onları Qarabağ iqtisadi rayonuna daxil olan rayonların ümumi inkişafına, həmçinin erməni əhalinin rifahına, sülh şəraitində Azərbaycan cəmiyyətinə reinteqrasiyasına, sosial və humanitar məsələlərinin həll edilməsinə səsləyib. Ümumilikdə Qaarabağ bölgəsində sabitliyin və ictimai təhlükəsizliyin qorunmasına təhdid yaradan əməllərdən, əmlakların, sənədlərin məhv edilməsi və sair bu kimi qeyri-qanuni hərəkətlərdən çəkinməyə, qısa müddətdə onlarda olan silah-sursatı təhvil verməyə çağırıb.

Politoloq Oqtay Qasımov deyir ki, əlbəttə, bu münasibətlər Azərbaycan dövlətinin ədalət mühakiməsi ilə olacaq: “Bilirsiniz ki, vaxtı ilə əməliyyatlarda iştirak etmiş bu gündə hərbi birləşmələrdə fəaliyyət göstərən, o cümlədən silah daşıyan şəxslərlə bağlı, o cümlədən, onların komandirləri ilə bağlı Azərbaycan dövləti kifayət qədər humanizm nümayiş etdirdi. Prezidentin köməkçisi Hikmət Hacıyev bildirdi ki, hətta Şuşada keçmiş hərbi əməliyyatlarda iştirak etmiş hərbi rəhbərlər, o cümlədən, komendantlar da əgər silahları könüllü şəkildə təslim edəcəklərsə, silahı yerə qoyacaqlar onlara qarşı amnistiya tətbiq olunacaq”.

Silahları təhvil verən və Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinin tələblərinə əməl edən erməni millətindən olan şəxslərin hüquq və azadlıqlarının qorunmasına tam təminat verilir. Eləcə də Qanunsuz erməni silahlı dəstələrinin tam tərk-silah edilməklə döyüş mövqelərindən çıxarılmasına dair razılıq əldə olunduqdan sonra erməni əhalinin yaşadığı ərazilərdə yerli sakinlərin şəxsi təhlükəsizliklərinin və sosial problemlərinin təmin edilməsi istiqamətində ardıcıl tədbirlər görülməsi nəzərdə tutulub.
Milli Məclisin üzvü Fəzail Ağamalı ARB 24-ə verdiyi açıqlamada bildirib ki, Azərbaycan Respublikasının vətəndaşlarının hüquq və vəzifələri Azərbaycan konstitusiyasında təsbit olunub. Azərbaycan konstitusiyasında təsbit olunan sizin, mənim, başqa etnosdan olan dəyərli həmvətənlərimizin, yəni Azərbaycan türkləri ilə bərabər Azərbaycanda yaşayan talışların, ləzgilərin, avarların, kürdlərin, rusların, ukraynalıların və digər etnosların, etnik mənsubiyyəti olan vətəndaşların Azərbaycanda bütün hüquq və deməli təhlükəsizliyi necə təmin olunursa, eynən o şəkildə də ermənilərin hüquq və vəzifələri təmin olunacaqdır. Buna şüphə ola bilməz”.

Təxribat törədənlərə qarşı isə tədbirlər davam etdirilir. Ötən müddətdə Əhmədbəyli-Füzuli-Şuşa yolunun 58-ci kilometrliyində və Xocavənd rayonunun Tağaverd kəndi ərazisində yeni inşa olunan tunel yolunda minalar yerləşdirərək iki mülki şəxsin və dörd polis nəfərinin həlak olması ilə nəticələnən terror əməllərini qanunsuz mütəşəkkil silahlı birləşmənin tərkibində iştirak edərək antiterror tədbirləri zamanı 20 sentyabr 2023-cü il tarixində tərk-silah edilərək saxlanılıblar. Qanunsuz erməni hərbi birləşmələrinin döyüş sursatları Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə götürülüb.

 

Sona