XANKƏNDİDƏ MÜƏMMALI PARTLAYIŞIN PƏRDƏARXASI MƏQAMLARI

Bölmə: Siyasət › ,
Tarix: 22:59 27.09.2023

   Xankəndidə baş verən partlayışın pərdə arxası olduqca müəmmalıdır. Hələ danışıqların və reinteqrasiya prosesinin sürətləndiyi ərəfədə bu kimi hadisənin reallaşması partlayışın təxribat ola biləcəyi ehtimallarını gücləndirir. Ötən gündən bu istiqamətdə bir sıra versiyalar səsələndirilir. Maraqlıdır hadisəni kimlər və nə üçün törədə bilər? 

   Reinteqrasiya prosesinin intensiv müstəviyə keçdiyi bir vaxtda Xankəndidə müəmmalı partlayış.  Hadisə ilə bağlı ehtimallar çox olsa da, ilk diqqət çəkən məqam benzin çəninin dolu olub-olmamasıdır. Belə ki, çənin dolu olması partlayışa dair ehtimalların yönünü kəskin şəkildə dəyişə bilər. Əgər hadisə zamanı çən dolu olubsa, heç şübhəsiz partlayış ermənilərin quru yolu ilə Ermənistana getməsini səngitməyə hesablanıb. Çünki Azərbaycanın mərkəzi hakimiyyətinin yanacaq yardımı öz növbəsində  Ermənistana getmək istəyən ermənilərin daşınmasını xeyli asanlaşdırıb. Daşınmanın əsasən nəqliyyat vasitələri ilə həyata keçirildiyini nəzərə alsaq, dolu yanacaq çəninin partladılması  nəqliyyatın hərəkətində ciddi problemlər yaradacaq. Bir sözlə quru yolu ilə daşınmada yaranan problem hava yolunun işə düşməsi üçün tutarlı bəhanədir. Gedişatı analiz edən ekspertlər sözügedən hadisənin hava məkanının açılmasını istəyən separatçıların növbəti  təxribatı ola biləcəyini istisna etmirlər. Siyasi şərhçi İlys Hüseynov deyir ki, proseslə bağlı bir sıra amillər üzə çıxır. Yaralılara kömək göstərmək və təxliyə etmək üçün hava məkanı məsləsi aktuallaşır. "Burada separatçılar hava nəqliyyatı vasitəsi ilə regionu tərk edə bilərlər. Belə görürnür ki,törədilən bu cinayyət hadisəsi onların regionu tərk etmə işinə yarayacaq".

   Partlayışdan sonra Qarabağın hava məkanının açılması, yaralıların helikopterlərlə Ermənistana daşınması fikirlərinin gündəmə gəlməsi isə ilkin ehtimalları dəstəkləyir. Əsas qeyd edilməli məqam bu fikirlərin Ermənistanda  radikal çevrələrdə təmsil olunanların, xüsusilə Xankəndidə təslim olmağa hazırlaşan separatçıların irəli sürməsidir. Belə ki, son günlər rejimin keçmiş "rəhbərləri" təhvil-təslim prosesinin sonunda həbs edilmək təhlükəsi ilə üz-üzə qalıb. Xankəndiyə gələcək helikopter Laçın yolundan çıxmağa risk etməyən separatçıların  son çıxış yoludur. Hazırki "rəhbərlər"in qarşısında duran əsas missiya  isə Azərbaycanın əlinə keçməsini istəmədikləri sənədlərin, yaxud  daşına bilən əşyaların bölgədən təcili çıxarılmasıdır. Məhz bu amillər  partlayışın arxasında separatçıların dayanması versiyasını gücləndirir.  

   Görünən isə odur ki, Xankəndidə hava məkanının açılmasında nəinki separatçılar, indiyə qədər onlara və İrəvan hakimiyyətinə havadarlıq edənlər də maraqlıdır. Təbii ki, hər zaman olduğu kimi bu dəfə də ilk reaksiya Fransadan gəldi. Daima ermənilərin yanında olduğunu deyən Fransa xarici işlər naziri Ketrin Kolonna ölkəsinin təcili yardım göndərməyə hazır olduğunu dedi. Lakin hər kəs çox gözəl bilir ki, nazir yardımın quru yolu ilə deyil, məhz hava məkanı ilə göndərilməsini nəzərdə tutur. Diplomatın mövqeyini analiz edən mütəxəssilər bunu rəsmi Parisin özünü bir növ ifşa etməsi kimi qiymətləndirirlər. Çünki hava məkanının açılmasında Fransanın təkidi onun Xankəndidə qalan separatçıların gələcəyi ilə bağlı narahatlığının təzahürüdür.

İSMAYIL