QARABAĞDA ERMƏNİ SEPARATÇILIĞININ SONU!
Bölmə: Siyasət › ,Tarix: 15:16 28.09.2023
Qarabağda separat rejiminin özünü buraxması nəticəsində "Böyük Ermənistan" qurmaq ideologiyası sonlandırılıb.
"Azərbaycanda separatçı rejim ola bilməzdi, biz buna dözə bilməzdik və dözməyib məhv etdik" fikrini Müasir İnkişaf Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü deyib:
"Separat rejiminin özünü buraxması Azərbaycan Dövlətinin, Azərbaycan Dövlət başçısının, Azərbaycan xalqının möhtəşəm qələbəsidir. Hesab edirəm ki, baş verən hadisələr Azərbaycan Dövləti gücünün göstəricisidir. Bu, "Böyük Ermənistan" qurmaq istəyənlərə dərs olsun ki, Azərbaycan ərazisində "Böyük Ermənistan" qurula bilməz".
Mübariz Göyüşlü iddia edir ki, illərdir separat rejiminin özünü buraxacağı fikrini irəli sürürdük, lakin buna inanmayanlar da olub:
"Bundan sonrakı hədəfimiz Azərbaycanın güclü dövlətə çevrilməyinə istiqamətlənməlidir. Qarabağda yaşayışını davam etdirmək istəyən erməni sakinləri vətəndaşlıq qəbul edib, Azərbaycan cəmiyyətinə inteqrasiya olunmalıdırlar. Sonrakı hədəfimiz isə Qərbi Azərbaycandan olan vətəndaşların öz torpaqlarında yaşamağıdır. Bunun üçün addımlar atılacaq".
Çinarə Muradova