ORDUMUZUN SENTYABR UĞURLARI

Bölmə: Siyasət › ,
Tarix: 17:18 28.09.2023

“Sentyabr ayı, ümumiyyətlə, payız fəsli hər bir insanın oyanış dövrü hesab edilir. Bizim düşüncəmizə görə, sentyabr ayı hər şeyin başlanğıcıdır”.

 

Bu sözləri İnformator.az-a açıqlamasında Ailə və Uşaq Psixoloqu Aynur İsmayılova deyib. Onun sözlərinə görə, sentyabrda yeni dərs ilinin başlanması, yarım qalan işlərin davam etdirilməsi ağlımızda kök salmış bir inancdır:

 

“Müharibəyə gəldikdə isə ordumuz məhz bu ay köklənir siyasətə. Necə ki, insanların payız vaxtı həvəslə çalışması kimi, hərbi vəziyyətdə də bir canlanma olur. Təbii ki, son 3 ildə sentyabr ayında, torpaqlarımızın istiladan azad edilməsi uğrunda aparılan müharibələr bunun bariz sübutudur. Nəzərə almaq lazımdır ki, digər aylarla müqayisədə sentyabr ayında aparılan hərbi əməliyyatlar uğurla nəticələnib. Sentyabr yarım qalan işlərin yenidən fəaliyyətə başlaması ilə yanaşı, əsgərlərimizi müharibəyə daha da kökləndirir”.

 

SƏRİYYƏ TAĞIYEVA