DÜNYADA "TOLERANTLIQ" DEYƏNDƏ AĞILA İLK AZƏRBAYCAN GƏLİR-SİYASİ ŞƏRHÇİ ƏZİZ ƏLİBƏYLİ

Bölmə: Siyasət › ,
Tarix: 18:12 28.09.2023

Dünya ölkələrini xarakterizə etsək, tolerant olan və olmayana bölmək lazımdır. Azərbaycan göstərdiyi hümanistliyə görə dövlətlər arasında ilk sıralarda gəlir.


Siyasi şərhçi Əziz Əlibəyli məsələyə belə fikir bildirib: "Başqalarının ərazilərinə göz dikməyin fəsadları, separatizmə dəstək bu kimi beynəlxalq hüquqa zidd, beynəlxalq münasibətlər sistemi köklü sıradan çıxardan mövzuları başqalarından daha yaxşı başa düşürük. Bu mənada dünyada nümunəsi az rast gəlinən proses var ki, onu izah etməliyəm. Bizə qarşı Ermənistan işğal prosesini həyata keçirdi, xristian aləmindən dəstək aldı".


Şərhçi Azərbaycanın tolerantlığından da söz açıb: "Azərbaycan Ermənistan terroruna terror, müharibə yolu ilə cavab vermədi. Dövlət siyasəti olaraq multikulturalizmi tətbiq etdi. Tolerantlığı insan haqları qorunma, dini inanclı əməllərə dözümlü yanaşması prizmasından, ölkədəki etniklərin dini ibadətlərini sərbəst şəkildə icra etməsi baxımdan, ölkəni bir ev kimi icra edib hər kəsi qucaqlayacaq abu-hava əsasında yanaşdı".

 

ÇİNARƏ MURADOVA