BEYNƏLXALQ HÜQUQİ BİLİK GÜNÜ!

Bölmə: Siyasət › ,
Tarix: 20:04 28.09.2023

Bu gün Beynəlxalq Hüquqi Bilik Günüdür.  Azərbaycanın beynəlxalq hüquq sistemində yeri necədir? sualına politoloq Natiq Miri açıqlama verib. 

 

Politoloq bildirir ki, mövzu beynəlxalq hüquqdursa, bu gün bu barədə müsbət mənada danışmaq mümkün deyil: "Səbəb beynəlxalq hüququ yaradanların, demokratiya adına dünyada təbliğat aparan dövlətlərin beynəlxalq hüququ ayaqlar altına almasıdır. Hüquq birmənalıdır. Bütün dövlətlərə, gücü olsun-olmasın, böyük və kiçik olmasından asılı olmayaraq beynəlxalq hüququn bütün prinsipləri eyni şəkildə dövlətlərə fərq qoyulmadan paylanmalıdır". 

 

Azərbaycanın beynəlxalq hüquq məsələsinə gəldikdə Natiq Miri iddia edir ki, böyük dövlətlər bu mövzuda ölkəmizin üzərinə gəlir: "Beynəlxalq hüququn təminatçısı olan "demokratik" hüquqi qərb dünyasını ikili standartla çalışırsa, bərbad vəziyyətdə və ayaq altındadırsa, Azərbaycanın beynəlxalq hüquqdakı yerindən danışmağa dəyməz. Çünki onlar Azərbaycanın daxili işlərinə qarışmağa cəhd edirlər. BMT-də Azərbaycanın daxili işi olan məsələni ard-arda iki dəfə BMT Təhlükəsizlik Şurasında Ermənistan, Fransanın iddiası ilə Qarabağ məsələsinin qaldırılmasının özü BMT-nin daxili nizamnaməsinə ziddir. Bunlar beynəlxalq hüququ görməzdən gəlməkdir. Beynəlxalq hüquq mövcuddursa niyə BMT-nin Təhlükəsizlik Şurasının daimi üzvlərinin hamısı bir-biri ilə müharibə vəziyyətindədir? Bu suala cavab varmı?! Demək ki, beynəlxalq hüququn prinsipləri işləmir". 

 

Çinarə Muradova