FRANSA ERMƏNİLƏRİ ÖZ NÜFUZ DAİRƏSİNƏ ALACAQ? - POLİTOLOQDAN AÇIQLAMA
Bölmə: Siyasət › ,Tarix: 20:52 28.09.2023
''Konspiroloji versiyalardan biri - güya, Afrikada itirən Fransaya Ermənistanı qazanmağa-kompensasiya etməyə dünya gücləri icazə verib....Fransa "layihə quruluş-dövlət" Ermənistanı öz nüfuz dairəsinə daxil edəcəyi ilə iddialar yaranıb''.
İnformator.az iddialarla bağlı politoloq Oqtay Qasımovdan açıqlama alıb. Politoloq düşünür ki, Fransanın Ermənistanı öz nüfuz dairəsinə daxil edəcəyi ilə bağlı səslənən iddialar reallığı əks etdirmir:
"Fransanın həm iqtisadi, həm siyasi, həm də hərbi potensialları bunu həyata keçirməyə imkan vermir. Sadəcə Fransa 2 amil vasitəsilə Qafqazda aktivləşməyi əsaslandırmağa çalışır. Birinci amil Afrika və Şərqi Aralıq dənizi bölgəsində itirdiyi nüfuz, ikinci olaraq isə özünün qlobal anlamda mövqeyinin zəifləməsidir. Buna görə də Qafqazda nüfuzunu artırmaqla bunu kompensasiya etməyə çalışır. Amma buna nail olacağı ilə bağlı şübhə edirəm və bunun reallığı əks etdirəcəyini hesab etmirəm. Bu baxımdan Fransanın bütün çabalarına baxmayaraq Fransa Ermənistan üzərində Güney Qafqazda öz nüfuz dairəsini qurması haqqında səslənən bütün fikirlər hərhalda reallıqlarla uzlaşmayacaq. Fransa burada xristian təəsübkeşliyi amilindən də çıxış etməyə çalışır,bunun da böyük mənalı faydası olmayacaq".
Oqtay Qasımovun fikirlərinə görə, bölgədə ciddi şəkildə reallıqlar dəyişir və Fransanın bu çabaları fayda verməyəcək.
Nəzrin Mirzəyeva