İRAN QANUNSUZ ERMƏNİ SİLAHLILARINA QUCAQ AÇIR?
Bölmə: Siyasət › ,Tarix: 20:43 29.09.2023
Lokal xarakterli anti-terror tədbirlərindən sonra bölgədən qaçan qanunsuz erməni silahlıları Təbrizə sığınır. Artıq separatçıların bir qismi SEPAH-ın kazarmasına köçürülüb. Erməni silahlılarına qucaq açan İran bu addımı ilə nəyi hədəfləyir?
Bir zamanlar Azərbaycanla dost münasibətləri olan İran hazırda separatçılara qucaq açır. Belə ki, 60 erməni silahlısı İranın ən böyük qoşunu-SEPAH-ın Xasavan kəndi yaxınlığındakı "Əl-Zəhra" kazarmasına köçürülüb. Keçiriləcək çoxşaxəli hərbi təlimlərdən sonra terrorçuların sayının 1000-dək artırılacağı bildirilir. Burda Tehranın separatçılara dəstək olmasıyla yanaşı digər vacib məqam var. Belə ki, bu separatçıların hazırlıq səviyyəsinin yoxlanılaraq Zəngəzur bölgəsinə yerləşdirilməsi nəzərdə tutulur.
Ekspertlərin fikrincə, İran Azərbaycanın regionda yaratdığı yeni nizamı qəbul etmir. Bununla Cənubi Qafqazda yaranan yeni geosiyasi vəziyyətə qarışmaq və reallıqlara qarşı erməni separatçılarından alət kimi istifadə etməyi planlaşdırır.
Siyasi şərhçi Məhəmməd Əsədullazadə hesab edir ki, Zəngəzur dəhlizi Azərbaycan və Türkiyənin türk dünyasına birləşməsinə, logistika imkanlarının genişlənməsinə gətirib çıxaracaq: “Və bu da rəsmi Tehran rejimini ciddi şəkildə narahat edir. Ona görə də bu istiqamətdə bütün terror və hərbi taktikalardan istifadə edərək Azərbaycanın bu kimi Zəngəzur dəhlizinin açılmasına qarşıdır”.
Nəzərə alsaq ki, İran adı ən çox terror təşkilatlarıyla birgə hallanan və həmin təşkilatları maaliyyələşdirən ölkələrdəndir, ona görə də hər zaman molla rejimi ən az Ermənistan qədər Qarabağın azad olunmasını istəməyib. Səbəb isə bir vaxtlar işğal altında olan torpaqların sərvətlərindən azad şəkildə istifadə edə bilməyəcəyidir. Məhz bu səbəbdən bu cür addımlar atmağa başlayıb”.
Hərbi ekspert Azər Bayramov bildirib ki, təlimlərin keçirilməsindən asılı olmayaraq hər hansı qeyri-adi bir üstünlük əldə etməsi və Ermənistan ordusunda hər hansısa bir qlobal, fövqəladə bir dəyişiklik yaradacağına inanmır: “Ermənistan tərəfi, nəhayət, öz havadarları ilə birlikdə bu riyakarlıqdan əl çəkməlidir. Əgər bununla bağlı hansı ki, Ermənistan dəfələrlə Azərbaycan tərəfinin çağırışlarını eşitməyib. Və bunun ağır nəticələrini artıq hal-hazırda yaşayır”.
Ekspertlərin hesab edirlər ki, Zəngəzur istiqamətində yaxın gələcəkdə bir sıra ölkələrin konsulluq açacağı gözlənilir. Və belə bir şəraitdə İranın hazırladığı erməni silahlılarının məhz həmin əraziyə yerləşdirilməsi mümkün görünmür.