ERMƏNİSTANDA DAXİLİ ÇAXNAŞMA

Bölmə: Siyasət › ,
Tarix: 20:50 29.09.2023

Ermənistanda hakimiyyətə qarşı etirazlar artıq Qarabağ ermənilərini hədəf alır. İrəvanda və Ermənistanın digər böyük şəhərlərində yaşayan ermənilər Qarabağdan köçən ermənilərə birmənalı yanaşmırlar. Hayların iki qrupu arasında olan qarşıdurma aqressiv şəkildə böyüyür. Maraqlıdır cəmiyyətin bölünməsi konteksində Ermənistanı hansı təhlükələr gözləyir? 


Ermənistan cəmiyyəti sosioloji-psixoloji qarşıdurma dövrünü yaşayır. Belə ki, Qarabağdan ermənilərin Ermənistana qayıtması İrəvanda “qarabağlı” – yerli davası yaradıb. Azərbaycanın anti-terror tədbirlərindən sonra haylar bir-birini kəskin tənqid edir. Olanlar fonunda Qarabağ erməniləri ermənistanlıları, ermənistanlılar isə “qarabağlıları” ittihamlandırırlar. Artıq bu kontekstdə Ermənistan KİV-nin əsas manşetlərini "qarabağlı erməni" davası tutur. Başda sosial media olmaqla, İrəvanın mərkəzi küçələri də hər iki qrupun sözlü toqquşmalarına şahidlik edir. Yemək və ev davaları da başlayıb. Qarabağ erməniləri rəsmi İrəvanın onları tək qoyduğunu və buna görə də onları yedizdirməyə, evlə təmin etməyə borclu olduğunu car çəkirlər. Elə qarşıdurmanı kritikləşdirən də bu cür tələb və imtiyaz çıxışlarıdır. Mövcud vəziyyəti şərh edən ekspertlər sözügedən məsələnin yaxın zamanlarda çıxılmaz hal alacağı fikrindədirlər.


Mütəxəssislərin fikrincə, hakim dairələrin də Qarabağ ermənilərinə münasibəti birmənalı deyil. Müxalifətin Qarabağ ermənilərindən qaynaqlanan qarışıqlıqdan iqtidara qarşı istifadə etdiyi düşünülür.

Bir sözlə desək, hazırda Ermənistan cəmiyyəti addım-addım seq­reqasiya, yəni əhalinin bir qrupunun cəmiyyətdən müəyyən əlamətlərə görə zorla ayrılması prosesinə sürüklənir. Ümumiyyətlə, indi haylar arasında belə bir fikir var ki, ölkənin ağır duruma düşməsinin bilavasitə səbəbkarları məhz hakimiyyətə qədər çatmış Qara­bağ erməniləridir. Lakin elə hakim dairələrdə olanların da Qarabağ ermənilərinə dair münasibətləri birmənalı deyil. Ölkə siyasətçiləri indi onlara məqsədlərinə gedən yolda nəqliyyat kimi baxırlar. Paşinyan hakimiyyəti Xankəndidə olan erməniləri köçə təşviq edərək havadarlarının yazdığı ssenarini reallaşdırmağa fokuslanıb. Baş nazir bununla Azərbaycanı beynəlxalq aləmdə demonizasiya etmək istəyir. Müxalif qüvvələr isə öz növbəsində Qarabağ ermənilərinin köçündən qaynaqlanan daxili qarışıqlıqdan iqtidara qarşı istifadə edir. Regionda baş verənləri və buna bağlı erməni köçünü Paşinyanın yarıtmaz siyasətinin təzahürü olduğunu deyən qruplar narazı xalqı onu devirmək üçün aqressivləşdirir. Elə məhz buna görə də Baş nazir Qarabağ ermənilərini mərkəzdən- İrəvan ermənilərinin gözündən qırağa, uzaq əyalətlərdə yerləşdirir. 

 

Konfliktoloq Üzeyir Şəfiyev ARB 24-ə verdiyi açıqlamada deyib ki, daxili radikal siyasi qüvvələr ki var, Köçəryan və Sarksiyan təmsil olunur o kəsimdə. Onlar Qarabağ ermənilərini Ermənistan hakimiyyətinə qarşı bir təzyiq aləti kimi istifadə edirlər. Bunu başa düşən Paşinyan ona görə Qarabağdan gələn ermənilərin İrəvan mərkəzindən uzaq əyalətlərə yerləşdirilməsi əmrini verib”.


Hələ hazırki situasiyada bir-birlərinə qənim kəsilən ermənilər onu deməyə əsas verir ki, proseslərin növbəti dayanacağı vətəndaş qarşıdurmasıdır. Xüsusilə siyasi dairələr hayların iki qolu ara­sında parçalanma və artan nifrətdən istifadə edərək müəyyən radikal kompaniyalar yarada bilər. Bu da özlüyündə silahlı toqquşmalarla, eləcə də insan itkiləri ilə nəticələnəcək.

 

İsmayıl