Qarabağda silahların müsadirəsi-Pərdəarxası

Bölmə: Siyasət › ,
Tarix: 21:12 29.09.2023

Qanunsuz erməni silahlı qüvvələrinin tərksilahı davam edir. Artıq xeyli sayda silah müsadirə olunub. Silahların Qarabağa necə gətirilməsi maraq doğuran amillərdəndir. Xunta rejimini kimlər silahla təmin edib?


Qeyri-qanuni erməni birləşmələrinin tərksilahı davam edir. 24 saatdan da az bir vaxtda həyata keçirilən lokal xarakterli antiterror tədbirlərindən sonra minlərlə silah-sursat müsadirə olunub. 10 noyabr Bəyanatının 4-cü bəndinə əsasən, Ermənistan silahlı birləşmələri Azərbaycan ərazilərini tərk edərək, bütün silah-sursat və ağır texnikanı təhvil verməli idi. Ancaq aradan ötən dövrdə separatçılar bu tələbə əməl etməyib, əksində ərazilərin silahlandırılması isitqamətinə çalışıblar. Lokal xarakterli tədbirlər nəticəsində Qarabağdakı qanunsuz silahlı-birləşmə və onun başında duran separatçı rejim ağ bayraq qaldıraraq təslim oldu. Hərbi ekspertlər bildirirlər ki, Qarabağda bu qədər silah yerləşdirilməsi Xunta rejimi 3 il müddətində növbəti təxribata hazırlaşması ilə bağlıdır. Müsadirə olunan silahların müasir olması da bu fikiri təsdiqləyir. 


Türkiyəli hərbi ekspert İmbad Muğlu hesab edir ki, bu torpaqları təkrar qana bulamaq, bu torpaqlarda üysan çıxarmaq, bu torpaqlardan olan xalqa zərər və ziyan vermək üçün burada olan terrorizmlə qidalanan bəzi şəxsləri silahlandırdılar: “Verilən silahların mənşəyinə baxdıqda Ermənistanın hazırda mövcud olan idarəetmənin bunu tədarük etməsi, bu qruplara verməsi çox da mümkün olmamalıdır. Bu silah və məmulatların bir qismi Qarabağ savaşı dönəmində İranın da dəstəklədiyi qruplara göndərilən silahlardır”.


Ermənistan hakimiyyətinin inkar etməsinə baxmayaraq, əraziyə silah daşınmasında bir nömrəli qüvvə məhz rəsmi İrəvan olduğu açıq-aydın məlumdur. Bu baxımdan törədilən təxribatlara görə hazırki siyasi hakimiyyətlə yanaşı, keçmiş prezidentlər-Robert Koçaryan, Serj Sarksyan da məsuliyyət daşıyır. Çünki Qarabağda aşkarlanan silahların miqyası prosesin uzun illər davam etdiyini göstərir.  Bu gün hətta mülki təyinatlı ərazilərdən: anbar, ferma, faydalı qazıntılar yataqları, tərk edilən tikililər və evlərdən belə silah-sursat tapılır. Ekspertlərin sözlərinə görə, separatçılar faydalı yataqlarımızı istismar etməklə qazandıqları vəsaiti də Qarabağın silahlandırılmasına yönəldiblər.


Hərbi eskpert Telman Qasımov bildirir ki, oradan hələ bundan sonra nə qədər silah-sursat, texnika çıxarılacaq: “Xüsusən də 44 günlük müharibədən sonra Talışdan və Seysulandan geri çəkilənlər silahları Hadruta apardılar, doldurdular Ağdərəyə. Müsadirə olunan silahların demək olar ki, 100-də 99-u Rusiyanın istehsal etdiyi silahlardır. İstifadə olunub Hindistanın pualarından. Həmin o pualar partlayanda çox dəhşətli yanqılar verir. Yəni həmin o yanqılar nəticəsində, o istilik nəticəsində qəlpə yaralarından başqa, həm də paralel olaraq yanqı təsadüf olundu”.

 

Müdafiə Nazirliyi hər gün aniterror tədbirləri nəticəsində azad olunan ərazilərmizdən minlərlə  atıcı silah və qumbaraatan, artilleriya qurğuları, döyüş sursatı, avtomobil texnikası, həmçinin qoşqu vasitələri  müsadirə edildiyinə dair məlumatlar yayır. Görünən odur ki, bu siyahı hələ bir müddət də artmaqda davam edəcək.