QARABAĞDA YAŞAYAN ERMƏNİLƏR AZƏRBAYCAN VƏTƏNDAŞLIĞINI QƏBUL EDƏCƏK?

Bölmə: Siyasət › ,
Tarix: 15:16 02.10.2023

Qarabağda qalıb yaşamaq istəyən erməniəsilli sakinlərin qeydiyyatı üçün portal istifadəyə verilib: reintegration.gov.az. Sayta daxil olursan, azərbaycan, erməni, ingilis və rus dillərindən birini seçməklə şəxsi məlumatlarını portala daxil edib əməliyyatı başa çatdırırsan. Prosesi həyata keçirən hər bir Qarabağ ermənisi Azərbaycanın dövlət qurumlarının xidmətlərindən səmərəli şəkildə yararlana bilər.

   Həmin şəxslərin həm də sosial-iqtisadi və humanitar ehtiyaclarının tam qarşılanacağı bildirilir. Amma onlar üzlərini Ermənistana tutublar. Milli Məclisin üzvü Elşad Mirbəşiroğlu deyir ki, onlar elə təsəvvürlər formalaşdırmaq istəyirlər ki, güya Azərbaycan yüz mindən artıq ermənini deportasiyaya məruz qoyub. "Yəni ermənilər bunun üzərindən sonrakı mərhələdə özlərini yenə də yazıq millət qismində dünyaya təqdim etmək istəyirlər, yenə də əlavə siyasi dəstək almaq istəyəcəklər, əlavə iqtisadi dəstək, yardımlar almaq istəyəcəklər. Bundan sonrakı mərhələdə isə gələcək ziddiyyətlərin bünövrəsini qoymağa çalışırlar".

  Halbuki ermənilərin çoxmillətli və tolerant ölkə olan Azərbaycanda yaşamaq imkanları var. "Onların  Azərbaycan ərazilərini tərk etdikdən sonra geri dönməsi çətin proqnozlaşdırılan məsələdir. Ola bilrə ki, geridönmə süni əngəllərlə qarşılansın, qarşısı alınsın. Çünki Ermənistan Azərbaycana qarşı iddialarından, qərəzindən geri durmayacaq, bu inandırıcı deyil".

   Qeyd edək ki, İrəvan Qarabağdan köçən ermənilərin sayını hər saat yeniləyir. Yüzə min, minə 10 min, 10 minə 100 min deyirlər. Məqsədləri isə iddia etdikləri 120 minə çatmaqdır. Daha çox ağlamaq, daha çox dilənmək üçün.

GÜNDÜZ VAQİFOĞLU