BİZ XOCAVƏNDƏ QAYITMIŞIQ

Bölmə: Siyasət › ,
Tarix: 20:52 02.10.2023

   Bu gün biz artıq Xocavəndin işğal günü tarixini qeyd etmirik, çünki biz artıq Xocavənddəyik.

  İllərcə işğal altında qalan Xocavəndə qayıtdıqdan sonra yerinə yetirilməsi gərəkən məsələlər var. Sözügedən məsələlər haqda politoloq Oqtay Qasımov danışıb. "Xocavənddə tam yaşayışın bərqərar edilməsi üçün bir sıra addımlar atılmalıdır" deyən politoloq əlavə edir ki, Qarabağa qayıtmağımızın müddəti uzun çəkib. Bu müddət ərzində düşmənlər Xocavəndlə yanaşı Qarabağın ərazilərində müxtəlif maneələr yaradıblar. "Bu maneələr mina təhlükəsi, basdırılan silah-sursat, terror hadisələridir. Ora qayıtdıqdan sonra, əlbəttə, biz çətinliklərlə üzləşəciyik". 

   Oqtay Qasımov Xocavəndin ərazisində yerləşən körpülərə basdırılmış minalardan da söz açır. "Təsadüfi deyil ki, bu gün Xocavənd ərazisində yerləşən 4 körpüdə quraşdırılmış partlayıcı maddələr-minalar aşkarlanıb. Biz bütün Qarabağ ərazisində, ermənilərin yaşadıfı ərazilərdə bu hal ilə qarşılaşacağıq. Buna görə öncə həmin sahələrdə mina təmizləmə işləri aparılmalıdır". 

 

Çinarə Muradova