Ermənistan-Rusiya münasibətləri daha da gərginləşəcək -Politoloqdan PROQNOZ
Bölmə: Siyasət › ,Tarix: 22:14 02.10.2023
Qarabağ müharibəsində Ermənistana tərəfdar çıxan ölkələrin başında Rusiya dayanırdı. Antiterror əməliyyatları zamanı isə artıq Rusiyanın Ermənistana tərəfdar çıxmadığı və Yerevana qarşı iqtisadi sanksiyalar tətbiq etməyə başladığının şahidi olduq. Həmçinin Ermənistan da bu son günlərdə mediada yaydığı açıqlamalarda Rusiyaya bel bağlamaqda düzgün hərəkət etmədiyini bildirdi.
Politoloq Oqtay Qasımovun "informator.az" saytına verdiyi açıqlamaya görə, 2018-ci ildə Ermənistanda hakimiyyətə gələn Nikol Paşinyanın komandası Qərb yönümlü siyasət yürütdüyündən Rusiya ilə problemləri başlayıb. "Nikol Paşinyan siyasi fəaliyyəti dövründə anti-Rusiya mövqeyi ilə tanınan bir şəxs olub. Bu baxımdan Rusiya ilə Ermənistan arasında 2018-ci ildə müəyyən qədər soyuqluq yaranmışdı. Amma tərəflər arasında əsas problem 2020-ci ilin 44 günlük savaşı zamanı yaşandı. Ermənistan həmin savaşda Rusiyanı və KTMT-ni öz yanında görmək, onların Ermənistanın əvəzinə Azərbaycanda savaşmasını istəyirdi. Lakin o dövr Rusiya prezidenti Vladimir Putin savaşın Azərbaycanın beynəlxalq hüquqda tanınmış ərazilərdə getdiyi üçün KTMT-nin və Rusiyanın bu məsələyə müdaxilə edə bilməyəcəyini səsləndirdi. 44 günlük savaşdan sonra Ermənistan 3 tərəfli bəyənatın şərtlərini yerinə yetirmədiyi üçün, xüsusilə də sərhədlərdə delimitasiya və demarkasiya məsələlərinə razı olmadığı üçün baş verən təxribatlara Azərbaycanın sərt cavab verməsindən sonra Ermənistanın Rusiyadan gözləntiləri yenə özünü doğrultmadı. Rusiya bu dəfə qeyd olunan toqquşmaların müəyyən edilməmiş sərhəd rayonlarında baş verdiyini üçün bu prosesə qarışa bilməyəcəyini bəyan etdi".
Politoloqun sözlərinə görə, erməni xalqı tarixən başqalarının onların əvəzindən vuruşmasını istəyib və son 200 ildə bunu Rusiyadan gözləyib. "Ermənilərin hər zaman himayəsində olduğu imperiyaları zəif düşürdüyü vaxtda ona dönük çıxmağa adət etmiş bir xislətləri var. Bizans imperiyasına, Parfiyaya, Osmanlı imperiyasına xəyanət etdikləri kimi, Rusiyaya qarşı da eyni mövqe tutmağa başlayıblar. Hesab edirlər ki, Rusiya onların təhlükəsizliyinə tam təminat vermir". Politoloqun proqnozlarına görə, sonrakı dövrdə 2 ölkə arasındakı münasibətlər daha da gərginləşəcək, ciddi problemlər yaranacaq.
AYNUR BABAYEVA