Dillərə dastan Azərbaycan mətbəxi
Bölmə: Maraqlı › ,Tarix: 22:17 05.12.2023
Dünyanın ən qədim və ən zəngin mətbəxlərindən biri Azərbayxan mətbəxidir. Azərbaycan mətbəxində 2000-ə yaxın xörək məlumdur. Milli mətbəximizin tarixi də elə xalqın tarixi qədər qədimdir.
Azərbaycan xörəkləri dadlı və hazırlanması, həmçinin tünd ədviyyə və tamlı əlavələr qatılmasına görə daha çox Şərq mətbəxinə yaxındır. Qədim ticarət karvanalarının və hərbu yolların Azərbaycan ərazisindən keçməsi mətbəximizi Anadolu mətbəxinə yaxınlaşdırır. Rus mətbəxi ilə yaxınlıq isə “borş”la ölçülür.
Azərbaycanlıların ən çox işlətdikləri ocaq növündən biri olan sacda müftəlif saciçi, sacaltı, sacarası xörəklər hazırlanır. Mətbəximizə turşular, şorabalar xüsusi dad qatır. Azərbaycan mətbəxinin ləziz yeməkləri bozbaş, dolma, şişlik, plov, qovurma, xəngəl, halva, şorba, basdırmadır.Plovun 200, dolmanın 30-dan çox növü var. Azərbaycan süfrəsini çaysız təsəvvür etmək olmaz. Armudu stəkanda, şirniyyat, çərəz, limonla verilən çay hər şeydən öncə, qonağa verilən hörmətin əlaməti sayılır.
2016-cı ildə Efiopiyanın paytaxtı Əddis-Əbəbə şəhərində keçirilən 11-ci sesiyada Azərbaycan, Türkiyə, İran, Qazaxıstan, Qırğızıstanın “lavaş,yufka-nazik çörəyin hazırlanma və paylaşma mədəniyyəti “UNESCO”-nun Qeyri-maddi mədəni İrs üzrə Reprezentotiv siyahısına daxil edilib.
Səfərova Qəmər