Balıq yağının uşaqlara faydaları nələrdir? -Ekspert açıqladı

Bölmə: Maraqlı › ,
Tarix: 22:34 06.12.2023

Sağlam və balanslı bəslənməni çətinləşdirən həyat tərzi dəyişiklikləri ilə son illərdə qida əlavələrinin istifadəsində əhəmiyyətli artım olub. Ölkəmizdə və dünyada ən çox istifadə edilən qida əlavələrindən biri də balıq yağıdır. 

 

Tərkibində omeqa 3 yağ turşuları və D vitamini olan balıq yağı əlavələri həm uşaqlar, həm də böyüklər tərəfindən istifadə olunur. Balıq yağı ilə bağlı valideynlər üçün maraqlı olan suallardan biri budur ki, balıq yağı uşaqlara neçə yaşdan sonra verilə bilər? Mövzu ilə əlaqədar həkim pediatr - endokrinoloq Sevda Novruzova İnformator.az-a açıqlama verib. 

 

Sevda Novruzova bildirir ki, uşaqlara balıq yağı 1 yaşından sonra verilə bilər.

 

"Uşaqlara balıq yağı 1 yaşından sonra verilə bilər. Balıq yağı siroplar və kapsulalar şəklində mövcuddur ki, yaş dövründən asılı olaraq ya sirop verilir ya da kapsul. Balıq yağı omeqa 3 omeqa 6 olaraq həm əqli inkişafa həm də fiziki inkişafa təsir göstərir. Görməni yaxşılaşdırır və immuniteti gücləndirir".

 

Aydan İsayeva