Kölgə nədir və necə yaranır? 

Bölmə: Maraqlı › ,
Tarix: 21:53 11.12.2023

Bəzən küçədə gedərkən yerdə öz əksimizi görürük və onunla çox əylənirik. Bizimlə hərəkət edən siluet etdiyimiz hər şeyi təqlid edir.

 

Bu qaranlıq təqlidçi kölgə adlanır.

 

Günəş işığı olan yerdə bədənimizin bir tərəfi gələn işığın qarşısını alır, digər tərəf qaranlıqda qalır. İşıq olmayan tərəfdə kölgə olur. Yəni işıq şəffaf olmayan bir şeylə qarşılaşdıqda o cismin bir tərəfinə çata bilmir və o tərəf qaranlıqda qalır. Bu sahə kölgə adlanır.

 

İki fərqli kölgə növü var:

 

Tam kölgə: Bu tip kölgədə obyektin arxasında əmələ gələn kölgə hissəsinə işıq düşmür.

 

Yarım kölgə: Obyektin arxasında əmələ gələn kölgənin qismən işıqlandırılan hissəsinə penumbra deyilir.

 

Biz bilirik ki, günəş günün müxtəlif vaxtlarında mövqeyini dəyişir. Bu prosesdə kölgələrimiz də yerlərini dəyişir.

 

Səhər: Günəş şüaları əyri gəldiyi üçün uzun bir kölgəmiz olur və qərbə doğru uzanır.

 

Günorta saatlarında günəş birbaşa başda olduğu üçün bəzən kölgə olmur, bəzən isə çox qısa kölgələr əmələ gəlir.

 

Axşama doğru səhər olduğu kimi şüalar əyri şəkildə gəlir və uzun kölgələrin yaranmasına səbəb olur. Bu dəfə kölgə şərqə doğru uzanır. 

 

Mənbə: Milliyet 

 

Tərcümə etdi: Aydan Qasımova