Xiyarın faydaları nələrdir?

Bölmə: Maraqlı › ,
Tarix: 22:18 11.12.2023

Sağlam qalmaq istəyən hər bir insan öz pəhrizinə diqqət etməlidir. Bu məqsədlə qəbul edilən qidaların tərkibi və kalorisi də nəzərə alınır. Tərkibində bol su tərkibinə malik olan tərəvəzlərdən biri də xiyardır. Qəbulu ilə orqanizmin su ehtiyacı da ödənilir. Ən sağlam tərəvəzlərdən biri olan xiyar pəhriz siyahılarının əvəzolunmaz maddələrindən birinə çevrilib. Xiyar liflə zəngindir və həzm etməyə kömək edir. 

 

Xiyar kökəlməyə səbəb olmayan və orqanizmin su ehtiyacını böyük ölçüdə ödəyən qidalardandır. Tərkibindəki lif və minerallar sayəsində enerji qəbulu sağlam şəkildə qarşılanır. Xiyar qəlyanaltıların xilasedici qidalarından biri kimi görünür. Aclıq hiss edən insanlar bir xiyar qəbul edərək aclığını ən sağlam şəkildə qarşılaya bilərlər. 

 

Xiyar kökəlməyə səbəb olmayan ən sağlam qidalardan biridir. Asan həzmi təmin edən xiyar arıqlamaq istəyənlər üçün ideal qida tövsiyəsidir. Həmçinin, xiyar ilə bədəndəki toksinlər və ödəmlər atılmağa başlayır. 

 

Xiyar qəbulu necə olmalıdır?

Xiyar qəbulu insanın zövqünə görə dəyişir. Kökəlmək istəməyən insanlar adi şəkildə qəbul etməlidirlər. Vitaminlərlə zəngin olan xiyar salatların əvəzolunmaz elementlərindən biridir. Düzgün şəkildə qəbul edildiyi zaman bir çox insanlarına arıqlamağına faydalı ola bilər.

 

Fatimə Mustafayeva

Mənbə: CNN Türk