“Huawei” şirkəti sərhədlərini genişləndirir
Bölmə: Maraqlı › ,Tarix: 18:51 12.12.2023
“Huawei” 2025-ci ildə Fransada rəsmi olaraq ilk Avropa fabrikini qurmağa başlayacaq.
Çinə məxsus olan “Huawei” Avropada şirkətə gətirilən satış məhdudiyyətlərinə baxmayaraq, önümüzdəki il Fransada qurduğu fabrik ilə bu istiqamətdə ilk addımını atacaq.
Şirkət 2020-ci ildə 200 milyon avro ilə fabrik inşa etmək planını “COVİD-19” səbəbiylə ertələməli olub. Bir neçə illik aradan sonra lazımi planlamalara yenidən başlayıblar.
Şirkətin məsul şəxsləri fabrikin inşası üçün dəqiq vaxt verməyiblər. Avropa liderləri “riskdən necə qurtulmağı” həmçinin “dünyanın ikinci ən böyük iqtisadiyyatı ilə necə əməkdaşlıq edəcəklərini” müzakirə edirlər. Əsas faktor da odur ki, Çin Fransanın Avropa Birliyi və ABŞ-dan sonra üçüncü ən böyük ticarət tərəfdaşıdır.
Əli Məmmədli