Sosial şəbəkələr bu görüntüdən danışır... - Onun böyrəklərindən 300 daş çıxarılıb
Bölmə: Maraqlı › ,Tarix: 23:11 12.12.2023
Tayvanın Tainan şəhərində bel ağrısı şikayəti ilə xəstəxanaya müraciət edən 20 yaşlı Xiao Yu-nun böyrəklərindən 300-dən çox böyrək daşı çıxarılıb.
Tayvanın cənubundakı Tainan şəhərində 20 yaşlı Xiao Yu bel ağrısı şikayəti ilə xəstəxanaya yerləşdirilib.
Müayinələr nəticəsində onun böyrəklərində çoxlu böyrək daşı aşkarlanıb və Yu təcili əməliyyata aparılıb. Uğurlu əməliyyatdan sonra Yu-nun böyrəklərindən 0,5-2 sm ölçüdə 300-dən çox böyrək daşı çıxarılıb.
Əməliyyatın aparıldığı Chi Mei Xəstəxanasından verilən açıqlamada Yu'nun su içməyi sevmədiyi və yalnız şəkərli içkilər və çay qəbul etdiyi bildirilib.
Xiao Yu-nun yemək vərdişlərinin pis olduğunu vurğulayan Chi Mei Xəstəxanasının həkimləri Tayvanlılara daha sağlam qidalar istehlak etmələri və bol su içmələri barədə xəbərdarlıq ediblər.
Digər tərəfdən, Chi Mei Xəstəxanasının Uroloqu Lin Tsai-yang qeyd etdi ki, Tayvanda kişilərin yüzdə 14,9-u və qadınların yüzdə 4,3-ü böyrək daşı inkişaf etdirmə ehtimalı var.