Çəhrayı göllər

Bölmə: Maraqlı › ,
Tarix: 23:25 12.12.2023

Gölün mavi, yaşıl və qəhvəyi rənglərdən başqa hansı rəngdə ola biləcəyi sualına cavab vermək ağla gəlməyə bilər. Ancaq qeyri-adi hallar baş vermir. Dünyada çəhrayı göllər də var, baxmayaraq ki, onların sayı çox deyil.

 

Göllərdə rənglənməyə suda yaşayan yosunlar, gölün üzərində yerləşdiyi qayalar və ya bəzi canlıların ölümü nəticəsində buraxılan kimyəvi maddələr səbəb ola bilər. Suda yaşayan yosunların sayı bəzi dövrlərdə çox artır və yosunların rəngi bütün mühiti əhatə edə bilir. Yosun çiçəklənməsi olaraq da bilinən bu vəziyyət bir çox fərqli rəng, forma və ölçüdə baş verə bilər. Çəhrayı göllərdə rəngin mənbəyi Dunaliella salma adlı yosun və halobakteriyalardır (Halobacteria cutirubrum). Yosunlar, xüsusilə, temperatur və duzluluğun artdığı yay aylarında beta-karoten adlı qırmızı bir maddə istehsal edir. Bu maddə yosunları yüksək enerjili günəş işığının zərərli təsirlərindən qoruyur. Eyni dövrdə gölün rəngi çəhrayı və ya qırmızı olur, çünki halobakteriyalar (artıq çəhrayı rəngə malikdirlər) də həddindən artıq çoxalırlar. Temperaturun təsiri azaldıqda və ya yağışlar başlayanda beta-karotin istehsalına ehtiyac qalmır və qırmızı-çəhrayı rənglər yox olur.

 

Çəhrayı göllərin ən məşhuru və ən gözəli Avstraliyadakı Hillier gölüdür. 250 metr en və 600 metr uzunluğunda olan Hillier gölünün rəngi ilin əksər hissəsində çəhrayı olur. Üstəlik, yaşıl ağaclarla əhatə olunub. Bu aeroşəkillərdə kontrast, təsir edici görüntü yaradır. Bundan başqa, Seneqaldakı Retba gölü, Avstraliyadakı Hutt Lagoon və Pink Lake, İspaniyadakı Torrevieja Duz Gölü də çəhrayı rəngdədir. 

 

Mənbə: Bilim Genç Tübitak 

 

Tərcümə etdi: Aydan Qasımova